Mehemmedqulu Xan Qaradagli - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məhəmmədqulu xan (?-1840) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağın sonuncu xanı (1813-1828). Mustafaqulu xanın oğlu, Məhəmmədhüseyn ağa, Həsənəli ağa (ata), Sara xanımın atası.
Məhəmmədqulu xan Qaradağlı | |
---|---|
Məhəmmədqulu xan Mustafaqulu xan oğlu Qaradağlı | |
1813 – 1828 | |
Əvvəlki | Abbasqulu xan Qaradağlı |
Sonrakı | Həsənliağa xan Qaradağlı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Əhər, Qacarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası |
Atası | Mustafaqulu xan Qaradağlı |
Uşaqları | Məhəmmədhüseynağa xan Qaradağski, Həsənəliağa xan Qaradağski, Sara xanım |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | polkovnik |
Həyatı
redaktəƏhər şəhərində anadan olub. İran ordusunun sərkərdələrindən biri olub. Qardaşı Abbasqulu xanın xanlığı dövründə şahzadə Abbas Mirzə Abbasqulu xandan üz döndərmişdi. Məhəmmədqulu xandan da soyumuşdu. 1826-1828-ci illər rus-İran müharibəsi əsnasında Qaradağ xanlığı savaş meydanına dönmüşdü. 1828-ci ildə Məhəmmədqulu xan qardaşı, ailəsi və rəiyyəti ilə birgə Qarabağa köçür. Çar I Nikolayın xüsusi fərmanı ilə mayor rütbəsi və Qaradağ xanlığına işarə edən Xanqaradağski familiyasını almışdı. Şuşa şəhər komendantının hərbi hissəsində çalışırdı. Kəşfiyyat xidmətinin rəisi olub. 1835-ci ildə igidliyinə və xidmətlərinə görə Məhəmmədqulu xana polkovnik rütbəsi verilir. 1840-cı ildə Şuşada vəfat edir. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağski adlı oğulları, Sara xanım adlı qızı vardı. Həsənəliağa xan Qaradağski nin babasıdır.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.