Mehemmed Ibn Salman - Wikipedia
Məhəmməd ibn Salman əl-Səud (31 avqust 1985[1][2][…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı[3]) — Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi[4], kral Salmanın oğlu, baş nazirin ikinci müavini və müdafiə naziri (dünyanın ən gənc müdafiə naziri[5]), Məhəmməd ibn Salman (MiSK) xeyriyyə fondunun idarə heyətinin sədri[6], kral məhkəməsinin rəhbəri (2015), ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri. 4 noyabr 2017-ci ildən Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri.
Məhəmməd ibn Salman | |
---|---|
محمد بن سلمان آل سعود | |
Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi | |
Vəzifədədir | |
21 iyun 2017-ci ildən | |
Monarx | Salman bin Əbdüləziz əs-Səud |
Əvvəlki | Məhəmməd ibn Naif əl-Səud |
Vəzifədədir | |
23 yanvar 2015-ci ildən | |
Əvvəlki | Salman bin Əbdüləziz əs-Səud |
Əvvəlki | Məhəmməd ibn Naif əl-Səud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ciddə, Məkkə, Səudiyyə Ərəbistanı |
Fəaliyyəti | siyasətçi |
Atası | Salman bin Əbdüləziz əs-Səud |
Anası | Fəhdə bint Fələh əl-Hisləyən |
Həyat yoldaşı | Sara bint Məşhur əl-Səud |
Uşaqları | Salman, Fəhd, Nura, Məşhur |
Ailəsi | Səudlar |
Dini | İslam (sünni) |
Rütbəsi | ali baş komandan[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmməd ibn Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub[7]. O, kralın Salmanın üçüncü həyat yoldaşı Fəhdə bint Fələh ibn Sultan əl-Hitləyəndən olan oğludur[8]. Şahzadə Kral Səud universitetində hüquq sahəsində bakalavr təhsili alıb[9].
Təhsilini başa vurduqdan sonra bir müddət özıl sektorda çalışmış, sonradan atasının şəxsi köməkçisi olmuşdur. Bundan bir müddət əvvəl isə o nazirlər kabinetinin mütəxəssislər komitəsində vəzifəyə təyin edilmişdi.
Məhəmməd ibn Salman şahzadə Sara bint Məçhur ibn Əbdüləziz əl-Səudla evlidir və ondan 4 uşağı var: oğlanları — Salman və Məşhur; qızları — Fəhdə və Nura[10].
Müdafiə naziri
redaktə23 yanvar 2015-ci ildə kral Abdullah bin Əbdüləziz əs-Səud vəfat etdi və Şahzadə Salman taxta çıxdı. Bundan sonra Şahzadə Məhəmməd müdafiə naziri[11] və eyni gündə də Kral Məhkəməsinin Baş katibi təyin edildi[12]. Bundan əlavə, o, dövlət naziri vəzifəsini də saxladı[13].
29 yanvar 2015-ci ildə Şahzadə Məhəmməd ləğv edilmiş Ali İqtisadi Şuranın əvəzinə yenicə yaradılan İqtisadi Məsələlər və İnkişaf Şurasının sədri vəzifəsinə təyin edildi[14].
Onun müdafiə naziri vəzifəsində əsas hadisə Yəməndə üsyançı husilərə qarşı həyata keçirilən "Qətiyyətin fırtınası" əməliyyatının başladılması oldu[15].
2015-ci ilin aprel ayında Kral Salman qardaşı oğlu Məhəmməd ibn Naifi vəliəhd, oğlu Şahzadə Məhəmməd ibn Salmanı isə onun müavini təyin etdi. 21 iyun 2017-ci ildə isə dəyişiklik edərək öz oğlunu vəliəhd təyin etdi[16].
Antikorrupsiya komitəsinin rəhbəri
redaktə4 noyabr 2017-ci ildə xüsusi yaradılmış Antikorrupsiya Komitəsinin rəhbəri təyin olundu. Həmin gün on bir şahzadə, o cümlədən, dünyanın ən zəngin adamlarından biri olan Əl-Valid ibn Talal, həmçinin korrupsiya ilə əlaqədar cinayətlər törətməkdə şübhəli bilinən bir neçə köhnə nazir həbs edildi[17].
İstinadlar
redaktə- ↑ Mohammed bin Salman // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
- ↑ Mohammed Bin Salman // GeneaStar.
- ↑ https://www.skynewsarabia.com/web/article/958478/مسيرة-محمد-بن-سلمان-ولي-العهد.
- ↑ "Король Саудовской Аравии сменил наследного принца". 2017-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
- ↑ "Mohammed bin Nayef kingpin in new Saudi Arabia: country experts". Middle East Eye. 1 February 2015. 3 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
- ↑ "About MiSK » MiSK Foundation". www.misk.org.sa. 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
- ↑ "قصة-السعودية-مع-الوزراء-الثلاثينيين". Al Arabiya. 4 February 2015. 25 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2015.
- ↑ "Family Tree of Salman bin Abdulaziz bin Abdul Rahman Al Saud". Datarabia. 29 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2013.
- ↑ "Council of Ministers: Membership". Embassy of Saudi Arabia, Washington DC. 2011-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2015. (#redundant_parameters)
- ↑ "الأمير محمد بن سلمان يُرزق بمولود جديد.. ويسميه «مشهور» | صحيفة تواصل الالكترونية". twasul.info. 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
- ↑ "Saudi King Abdullah passes away". Al Arabiya. 23 January 2015. 23 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 January 2015.
- ↑ "Saudi Prince Mohammad bin Salman named defense minister". Al Arabiya. 23 January 2015. 24 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2015.
- ↑ Anthony H. Cordesman. "Saudi Succession: The King Is Dead, Long Live the King". Newsweek. 24 January 2015. 26 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2015.
- ↑ Simeon Kerr. "Saudi king stamps his authority with staff shake-up and handouts". Financial Times. Riyadh. 30 January 2015. 1 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2015.
- ↑ "Saudi and Arab allies bomb Houthi positions in Yemen". Al Jazeera. 26 March 2015. 26 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2015.
- ↑ Saudi king resets succession to cope with turbulent times Arxivləşdirilib 2015-10-02 at the Wayback Machine Reuters. 29 April 2015. Retrieved 1 May 2015.
- ↑ David D. Kirkpatrick. "Saudi Arabia Arrests 11 Princes, Including Billionaire Alwaleed bin Talal". The New York Times. 2017-11-04. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.