Mehemmed Bey Tebrizi - Wikipedia
Məhəmməd bəy Təbrizi (XVII əsr – 1672) — II Şah Abbas dövründə Səfəvilər dövlətində baş vəzir olmuş erməni əsilli dövlət adamı.
Məhəmməd bəy Təbrizi | |
---|---|
fars. محمد بیگ تبريزى | |
1648 – 1654 | |
Sonrakı | Həsən bəy |
1651 – 1654 | |
Əvvəlki | Məhəmmədəli bəy |
Sonrakı | Səfiqulu bəy |
1654 – 1661 | |
Əvvəlki | Xəlifə sultan əl-Hüseyni |
Sonrakı | Mirzə Məhəmməd Kəraki |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVII əsr |
Vəfat tarixi | 1672 |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Səfəvi Ordusunda qeyri-müsəlmanların təşkil etdiyi ğulam nəslindən olandan Məhəmməd bəy Təbrizinin atası, Hüseyn bəy Təbrizi qayçıçı başı - baş dərzi vəzifəsində Şah Səfi sarayında xidmət etmişdir.
Məhəmməd bəyin adı ilk dəfə İsfahan şəhərindəki Yeni Culfa məhəlləsinə 1643-cü ildə başçı olaraq təyin olunmasında keçir. Bu dövrdə ona başqa bir erməni əsilli hərbçi Allahverdi xanın dəstək olduğu bildirilir.
1646-cı ildə Bəndər Abbasda gömrük baş məmuru, şahbəndər vəzifəsinə çəkilən Məhəmməd bəy Təbrizi, qısa müddət ərzində saray tərəfindən müxtəlif vəzifələrə yüksəldilir. 1651-ci ildə II Şah Abbas tərəfindən baş vəzir təyin edilir. 1661-ci ildə saray intriqalarında gözdən düşən Məhəmməd bəy Təbrizi, Qum şəhərinə sürgün edilir. 1672-ci ildə Süleyman Şah tərəfindən yenidən baş vəzirliyə dəvət edilir. Lakin İsfahana gedərkən yolda vəfat edir. O dövrdə yaşamış fransız səyyah Jan Şardenə görə baş vəzir Seyxəli xan Zəngənə tərəfindən zəhərlənərək öldürülüb.[1]
İstinadlar
redaktə- ↑ Matthee Rudi (2011) Persia in Crisis: Safavid Decline and Isfahan Crisis, səh. 1-371 ISBN - 08577131815