Mehemmed Mokayev - Wikipedia
Məhəmməd Mokayev (qum. Магьамат Мурадны уланы, ing. Muhammad Mokaev; 30 iyul 2000, Buynaksk, Dağıstan) — UFC-də çıxış edən qumuq əsilli rus və ingilis qarışıq döyüş sənəti iştirakçısıdır .
Məhəmməd Mokayev | |
---|---|
ing. Muhammad Mokaev | |
Şəxsi məlumatlar | |
Doğum adı | rus. Мухаммад Мокаев |
Ləqəbləri | The Punisher (azərb. Cəzalandırıcı) |
Vətəndaşlığı |
Böyük Britaniya Rusiya |
Milliyəti | Qumuq |
Doğum tarixi | 30 iyul 2000 (24 yaş) |
Doğum yeri | |
Boyu | 170 m |
Çəkisi | 56 kq |
İdman növü | Karate, güləş, qaydasız döyüş |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəMəhəmməd Mokaev 30 iyul 2000-ci ildə Buynakskda anadan olub. Milliyyətinə görə - Qumukdur . Gənc yaşlarından döyüş sənəti ilə məşğul olmağa başladı. O, ilk vaxtlar güləşlə məşğul olmağa başladı, ancaq karateni xüsusilə sevirdi. Artıq 12 yaşında Məhəmməd ailə səbəblərinə görə vətənini tərk edib İngiltərəyə (Mançester şəhərinə) köçməli oldu .
İdman karyerası
redaktəMəhəmməd həvəskarlar səviyyəsində ilk döyüşünü 2016-cı il sentyabrın 24-də Ash McCracken-ə qarşı keçirdi və yekdil qərarla böyük qələbə qazandı. Bundan əlavə, döyüşçü iki dəfə 2018 və 2019-cu illərdə MMA üzrə 20 yaşadək dünya çempionatının qalibi olub.
2022-ci ilin martın 19-da ilk UFC görüşünə çıxan Mokayev, rəqibi Codi Durdeni 58 saniyəyə boğucu gilyotin fəndi işlətməklə qalib gəldi.[1]
2022-ci ilin iyulun 23-də ikinci UFC görüşündə, rəqibi Çarlz Consonu hakimlərin yekdil qərarı ilə məğlub etdi.[2]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
- ↑ "Arxivlənmiş surət". 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.