Mehemmed Eli Ordubadi - Wikipedia
Ayətullah Məhəmməd Əli Ordubadi (18 yanvar 1895, Təbriz – 26 iyul 1960, Nəcəf) — Azərbaycanlı İslam alimi
Məhəmməd Əli Ordubadi | |
---|---|
Əbül-Qasim Ordubadinin oğlu Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əbülqasim Ordubadi |
Elm sahəsi | Fiqh |
Elmi dərəcəsi | Ayətullah |
Həyatı
redaktəƏbül-Qasim Ordubadinin oğlu Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1312-ci il rəcəb ayının 21-də (miladi 18 yanvar 1895-ci il) Təbriz şəhərində doğulmuşdur. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi. 1898-ci ildə ailə bütünlükdə Nəcəfə qayıdır. Məhəmməd Əli ibtidai təhsilini bitirdikdən sonra yüksək səviyyəli fiqh və üsuli-fiqh dərslərini oxumağa başlayır. Bu sahədə onun ilk müəllimi atası Ayətullah Əbül-Qasim Ordubadi ol¬muşdur. Atasının vəfatından sonra Məhəmməd Əli öz zəmanəsinin ən məşhur alimlərindən sayılan Ayətullahül-üzmalar Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi (Şeyx Məhəmməd Həsən Şirazinin oğlu), Şeyx Məhəmməd Hüseyn Naxçıvani Kompani və başqalarından dərs alır. O, məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində daha çox iştirak edirdi. Ordubadi təqribən 30 nəfər məşhur alimin dilindən hədis rəvayət edirmiş.
Müasirləri bu böyük şəxsiyyətin şeir və ədəbiyyatda misilsiz istedad sahibi olduğunu qeyd etmişlər. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir, Peyğəm¬bərin və Əhli-beytin barəsindədir; fars dilində şeirləri də vardır.
“Məfaxiri-Azərbaycan” kitabında yazıldığına görə, Ordubadi “Əl-Ğədir” kitabının yazılmasında Əllamə Əminiyə yaxından köməklik göstərmişdir. O, “Əl-Ğədir” kitabının səlis dil və aydın üslubda qələmə alınması üçün müəllifə dəyərli məsləhətlər vermiş, kitabın redaktə prosesində fəal iştirak etmişdir. Zənnimizcə, bu cür müstəsna dəyərə malik bir əsərin yaradılmasına yardım göstərməklə, Mirzə Məhəmməd Əli Ordubadi öz adını tarix səhifələrinə əbədi yaza bilmişdir.
Ordubadi dini məzmunlu bir neçə əsərin müəllifidir Məsələn, İmam Mehdi (ə) barəsində “Əl-Ənvarüs-satiə” kitabı, Kərbəla şəhidlərinin qanını almış Muxtarın tərcümeyi-halı, aşura gününün müsibətlə¬rinə həsr olunmuş mərsiyələr məcmuəsi, müsəlman alimlərinin tərcümeyi-halını əhatə edən “Zəhrür-rəbiyy” kitabı, Şeyx Təntaviyə mənsub “Cəvahir” təfsirinin tənqidi, saqqalı qırxmağın hökmü barədə risalə, vəhhabi qazısı Əbu Büleyhidin əleyhinə yazılmış kitab və sairə. Onun qələmindən çıxmış və Həzrət Əlinin (ə) Kəbədə doğulması faktını isbat edən risalə Əllamə Əmini tərəfindən yüksək dəyərləndirilmişdir.
Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1380-cı il səfər ayının 1-də (miladi 26 iyul 1960-cı il) 72 yaşında ikən dünyasını dəyişmiş, İmam Əlinin (ə) hərəmində dəfn olunmuşdur.