Mehemmed Elekberli - Wikipedia
Məhəmməd Ələkbərli (12 avqust 1968, Kəlbəcər rayonu – 14 iyun 2007, Bərdə rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "H. B. Zərdabi", "M. Araz" və "Qızıl Qələm" mükafatları laureatı.
Məhəmməd Ələkbərli | |
---|---|
Ələkbərоv Məhəmməd Cəlil оğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kəlbəcər rаyоnu, Mollabayramlı kəndi |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Bərdə rayonu, Yeni Daşkənd |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | şair |
Həyatı
redaktəƏləkbərov Məhəmməd Cəlil oğlu Kəlbəcər rayonunun Mollabayramlı kəndində 12 avqust 1968-ci ildə anadan olub.
О, Daşkəndli Şair Məmmədhüseynin kötücəsindən olandır.
Məhəmməd orta təhsili bitirdikdən sonra Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirir və tale ona Azərbaycan Müəllimlər Institutunun Gəncə filialının filologiya fakültəsində təhsil almaq payı da verir.
Zaman-zaman təhsilini artıran M. Ələkbərli öz fitri istedadını göstərməkdən də çəkinmir. Belə ki о, 1996-cı ilədək Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Poliqrafiya müəssisəsinin nəşriyyat şöbəsində şöbə redaktoru vəzifəsində çalışmışdır.
1996-cı ildən ömrünün sonuna qədər (15 iyun 2007-ci il) "İslahat" qəzetinin baş redaktoru vəzifəsində işləmişdir.
Təkcə qəzet işi onu qane etmirdi. O, eyni zamanda iki yüzdən artıq kitabın işıq üzü görməsində xüsusi zəhmət çəkmiş və bu kitabların əksəriyyətinin redaktoru olmuşdur. Bu müddət ərzində özünün "Bacar dərdə dözməyi sən", "Qismətimmi? Günahımmı?" və "Xatirəyə dönən ömür" adlı kitabların müəllifi olmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla bərabər, "H. B. Zərdabi", "M. Araz" və "Qızıl Qələm" mükafatları laureatı adına da layiq görülmüşdür.
14 iyun 2007-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.
Əsərləri
redaktə- "Bacar dərdə dözməyi sən",
- "Qismətimmi? Günahımmı?"
- "Xatirəyə dönən ömür"
Mənbə
redaktə- Məmməd Aslan. Dəlidağın körpə şairi.("Pioner" jurnalı, ¹03, 1981-ci il.)
- Səyyad Şairov, "Taleyini görən şair", Bakı, "Nurlan", 2009. – 108 səh.
- Ayaz İmranoğlu. Sənsizliyin yuxu fəsli.
- Ələkbər Nəzmi. Yaddaşlara köçən şair.
- Son qismətim