Mehemmedeli Xan Cavansir - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Cavanşir (bilinmir, Təbriz – 17 may 1893, Təbriz) — general-leytenant.
Mirzə Məhəmmədəli xan Cavanşir | |
---|---|
Mirzə Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Sarıcalı-Cavanşir | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, Cənubi Azərbaycan |
Uşağı |
|
Atası | Məhəmmədibrahim xan Cavanşir[d] |
Fəaliyyəti | zabit |
Həyatı
redaktəMəhəmmədəli xan Məhəmmədibrahim xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra hərbi məktəbdə oxumuşdu. Naib (leytenant) rütbəsindən general-leytenant rütbəsinədək yüksəlmişdi.
Məhəmmədəli xan istefaya çıxandan sonra Rusiyaya gəlmiş, Hərbi-Gürcüstan yolunda poçt işini icarəyə götürmüşdü. Vladiqafqaz şəhərində şəxsi evi vardı. Məhəmmədəli xan 17 may 1893-cü ildə vəfat edib.
Ailəsi
redaktəMəhəmmədəli xanın törəmələri İbrahimbəyov soyadını daşıyırdılar. Məhəmmədəli xan Nisə xanım Kərim qızı Şahsuvarova ilə ailə qurmuşdu. Əsədulla xan, Fərrux xan adlı oğlanları, Xurşid bəyim, Mahrux bəyim, Xavər Sultan bəyim adlı qızları vardı.
- Əbülfət xan Tutinin nəvəsidir.
- Oğlanları:
- Qızları:
- Xurşid bəyim İbrahimbəyova Fərrux bəy Vəzirovla ailə qurmuşdu.
- Xavər Sultan bəyim İbrahimbəyova Tapa Çermoyevlə ailə qurmuşdu.
Həmçinin bax
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Əbülfət xan Qarabağlınım törəməsi, ATŞS-nin xəbərləri, VI buraxılış, Bakı, "Adiloğlu", 2007, səh.3