Meclisi Uns - Wikipedia
“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı.
Məclisi-üns | |
---|---|
Yaranma tarixi | 1864 |
1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı.[1] Məclis 2022-ci ildə bərpa edilmşdir.[2]
İştirakçıları
redaktəMəclisin fəal iştirakçıları:
- Xurşidbanu Natəvan
- Mirzə Sadıq Piran (1811-1892) "Məclisi-üns"" şairləri özlərinə təxəllüs seçərkən onun qarşısında and içərmişlər[3]
- Mirzə Rəhim Fəna
- Hacı Abbas Agah
- Mirzə Ələsgər Növrəs (1836-1911)
- Məmo bəy Məmai (1834-1902) tacir (Görkəmli ədib Ə.Haqverdiyevin dayısı)
- İsmayıl bəy Daruğə (1842-1891)
- Məşədi Nəsir Lövhi
- Baxış bəy Səbur
Məclisin digər iştirakçıları:
- Məhəmmədəli bəy Məxfi (1821-1892)
- Məşədi Mahmud bəy Vəzirov (1836-1902), tacir
- Mirzə Həsən Yüzbaşov-Qarabaği (1824-1904) tacir
- Mehdiqulu xan Vəfa (1856-1900 Natəvanın birinci ərindən (Xasay xan Usmiyevdən) olan oğlu
- Mir Həsən Ağa Mir (1869-1902) Natəvanın ikinci ərindən (Seyid Hüseyndən) olan oğlu[4]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
- ↑ ""Məclisi-üns"ün fəaliyyətinin bərpasına ziyalıların və ictimaiyyətin reaksiyası". 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- ↑ Ədəbiyyatşünas Nəsrəddin Qarayevin tərtib etdiyi "Poetik məclislər" toplusu
- ↑ "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.