Mecid Kerimov - Wikipedia
Məcid Kərimov Zahid oğlu (16 dekabr 1958, Bakı) — Azərbaycanın dövlət və ictimai xadimi.
Məcid Kərimov | |
---|---|
18 aprel 2001 – 6 dekabr 2004 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
6 dekabr 2004 – 9 dekabr 2005 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Natiq Əliyev |
2005 – 2010 | |
Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1958 (65 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | Neft-qaz, Neftkimya sənayesi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Neft-qaz, Neftkimya |
Elmi dərəcəsi | Texnika elmləri doktoru.Professor |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikasının yanacaq-energetika naziri (2001–2004).[1] Azərbaycan Respublikasının sənaye-energetika naziri (2004–2005).[2] Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti (2005–2010). Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.[3] Professor,[4] texnika elmləri doktoru.[5] Azərbaycan Respublikasının əməkdar elm xadimi.[6]
Həyatı
redaktəMəcid Kərimov 1958-ci il dekabrın 16-sı Bakı şəhərində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1980–1989 – Neft və qaz sahəsi üzrə mühəndislik.
1989–1999 – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) sistemində fəaliyyət.
1999–2001 – ARDNŞ-in "Dənizneftqazlayihə"-nin direktoru.
2001–2004 – Azərbaycan Respublikasının yanacaq-energetika naziri.
2004–2005 – Azərbaycan Respublikasının sənaye-energetika naziri.
2005–2010 – Azərbaycan Respublikasının "AzərKimya" Dövlət Şirkətinin Prezidenti.
2006–2010 – Azərbaycan Respublikasının Milli Məclisin deputatı.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Bakı-Tibilisi-Ceyhan" və "Bakı-Tibilisi-Ərzurum" layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuşdur.[7] "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı"nın və "Azərbaycan Respublikasının alternativ və bərpa olunun enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın işlənib hazırlanmasına rəhbərlik etmişdir.
Beynəlxalq Mühəndislər Akademiyasının akademikidir.[8]
200-dən çox elmi əsərin, 10 monoqrafiya və 10-dan çox ixtiranın müəllifidir.
Evlidir, 2 övladı var.
İstinadlar
redaktə- ↑ [1] Arxivləşdirilib 2017-12-11 at the Wayback Machine Azərbaycan Respublikasının yanacaq-energetika naziri.
- ↑ [2] Arxivləşdirilib 2019-10-09 at the Wayback Machine Azərbaycan Respublikasının sənaye-energetika naziri.
- ↑ Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
- ↑ https://commons.wikimedia.org/wiki/?axtar=Fayl:Professor_Diploma.jpg
- ↑ https://commons.wikimedia.org/wiki/?axtar=Fayl:Doctor%27s_Diploma.jpg
- ↑ "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
- ↑ "Arxivlənmiş surət". 2018-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-14.
- ↑ https://commons.wikimedia.org/wiki/?axtar=Fayl:International_Academy_Diploma.jpg