Meshed Beynelxalq Hava Limani - Wikipedia
Məşhəd Beynəlxalq Hava Limanı və ya Şəhid Haşimi Nejad Hava Limanı[2] (IATA: MHD, ICAO: OIMM) (fars. فرودگاه شهید هاشمی نژاد مشهد) İranın Rəzavi Xorasan ostanının Məşhəd şəhərində yerləşən bir hava limanıdır.
Məşhəd Beynəlxalq Hava Limanı | |
---|---|
36°14′02″ şm. e. 59°38′42″ ş. u.HGYO |
|
IATA: MHD – ICAO: OIMM | |
Ölkə | |
Açılış tarixi | 1951[1] |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hava limanı, Mehrabad Beynəlxalq Hava Limanı və Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanından sonra ölkənin ən işlək üçüncü hava limanıdır. Uçuşlar 30-u daxili olmaqla ümumilikdə 57 istiqamətə həyata keçirilir.
Ümumi baxış
redaktəMəşhəd Beynəlxalq Hava Limanı İranın Tehran-Mehrabad Beynəlxalq Hava Limanı və İmam Xomeyni adına Beynəlxalq Hava Limanından sonra ölkənin ən işlək hava limanıdır. 2016-cı ildə Məşhəd Hava Limanı, 86,681 ton yük ilə 2015-ci illə müqayisədə 17% artaraq 10 milyondan çox sərnişinlə rekord göstərdi.[3] 57 istiqamətə uçuşlar həyata keçirir ki, bunun 30-u İran daxilindəki şəhərlərə və 27-si Orta Asiya, Orta Şərq, Şərqi Asiya və Avropadakı istiqamətlərə müntəzəm uçuşlar həyata keçirdir.[4]
Məşhəd Beynəlxalq Hava Limanının üç terminalı var: daxili uçuşlar terminalı (Terminal 1), beynəlxalq uçuşlar terminalı (Terminal 2) və Həcc uçuşları terminalı (Terminal 3)[2]
Genişləndirmə layihələri
redaktəHava limanında 45,7 milyon dollar dəyərində bir genişləndirmə layihəsi tamamlanmışdır. 10.000 m² həcmli Həcc Terminalı 24 May 2010-cu ildə açıldı. Bundan dərhal sonra 30.000 m²-lik Beynəlxalq Terminal açılmış, ardından yeni park binası, yeni gömrük anbarı və yük terminalı, yeni yanğınsöndürmə məntəqəsi (ARFF) binası və taksi yolları avadanlıqları yeniləndi.
Təyyarə təmir mərkəzi üçün yeni təyyarə anqarı və Daxili Terminalın şərq tərəfinin genişləndirilməsi üçün 26,5 milyon dollar dəyərində bir layihə davam etdirilir.
Statistika
redaktəİllik trafik
redaktəİl | Sərnişin | % Dəyişmə |
---|---|---|
2010 | 5,983,227 | ▬ |
2011 | 6,039,787 | ▲ 1% |
2012 | 6,833,537 | ▲ 13% |
2013 | 6,985,882 | ▲ 2% |
2014 | 8,068,767 | ▲ 16% |
2015 | 8,545,598 | ▲ 6% |
2016 | 10,030,230 | ▲ 17% |
2017 | 10,459,377 | ▲ 4% |
İstinadlar
redaktə- ↑ https://mashhad.airport.ir/46.
- ↑ 1 2 "Mashhad Airports Guide". sleepinginairports.net. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2019.
- ↑ Iranian Airports Holding Company. International Traffic Report (Hesabat). گروه آمار و اطلاعات هوانوردی و فرودگاهی. Feb 2017. 19 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2017.
- ↑ Photos: Airplane Overhaul Facility in Mashhad, Eastern Iran Arxiv surəti 15 aprel 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 15 aprel 2015 at the Wayback Machine. Payvand.com.
- ↑ Mashhad Airport. "NEWS RELEASE". mashhad.airport.ir (fars). 2020-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.