Muzakire Urnayr - Wikipedia
Bu, Urnayr məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Ə.Lazım. Urnayr. Əsas məqalə ilə əlqədar bir neçə qeyd. “Albaniya Tarixi “ və erməni redaktorunun barmağı”kitabı əsasında. 1.Urmayr arşaki çarı olmamışdır,ona görə ki,Albaniyada arşakilər ,deyil,yerli sülalə -aranşahlar hökmranlıq etmişlər.Onların arşaki mənşəli olmağı ilə bağlı yeganə akt, Albaniya Tarixində olan arşaki sözüdür.Albaniyada arşakilərin hökmranlıq etməsi başqa heç bir mənbədə öz təsdiqini tapmır.Tarixə isə bu söz erməni redaktorun əlavəsindən başqa bir şey deyildir.Əlavədə məqsəd bu yolla alban hökmdarlarını da Ermənistanda olduğu kimi arşakilərin hökmranlıq etdiyini əsaslandırmaq və onu erməni arşakilərinin bir qolu kimi təqdim etməkdir.Təsadüfi deyil ki,Albaniyada arşakilərin hakimiyyətdə olduğuna erməni mənbələrində belə əsas verəcək heç nə yoxdur.(Daha ətraflı :Ə.Lazım,”Albaniya Tarixi” və erməni redaktorunun barmağı”,Qanun,2012). 2.Urnayrın xristianlığı 313- cü ildə qəbul etməsi haqda söhbət də Tarixə edilən dəyişikliklərdən qaynaqlanır.(Bu haqda qısa məlumat üçün bax:Xristianlıq,məqaləsinin müzakirə bölməsində verilən “Albaniyada xristianlıq” yazısına və həmçinin adı çəkilən kitabıma).Bu məsələ bizdən,həm də Urnayrın hakimiyyət illərinə aydınlıq gətirilməsini tələb edir.Məlum ollduğu kimi,alban çarları siyahısında Urnayrın adı çar Vaçedən sonra ,üçüncü sırada çəkilir.Tarixdə Vaçenin adı Qriqoris Sanesan əhvalatının (337-338) ardınca Tsri şəhərində baş verən qiyamla əlaqədar çəkilir.Və müəllif,bu əhvalatın cəsur Vaçenin dövründə baş verdiyini yazır.(I k,XIV fəsil).Burada söhbətin təqribən yüz il sonra (V əsrin ortaları) hakimiyyətdə olmuş II Vaçedən deyil,I Vaçedən getdiyi çətin ki,kimdəsə şübhə oyatsın.Kitabda I Vaçenin taleyi ilə bağlı başqa məlumat yoxdur.Bu isə ondan sonra adı gələn Urnayrın hakimiyyət illərinin IV əsrin 40-70-ci illərə aid olduğunu söyləməyə imkan verir.Urnayrla bağlı dolaşıqlığı yaradan yeganə akt,onun,guya xristianlığı 313-cü ildə rəsmi dövlət dini kimi qəbul etməsi ilə bağlıdır.Bunun bir fiksiya ,erməni redaktoru tərəfindən Tarixə edilmiş əlavə olmağı haqda isə biz artıq danışmışıq (bax :yuxarıda adı çəkilən mənbələr)”. 3.Məqalədə Yelişanın Fələstində təyinat alıb gəlməsi,cümləsində Fələstin deyil,məhz mənbədə olduğu kimi,Yerusəlim (Qüds) göstərilməlidir.Bunu tarixi mənbələrə dəqiq yanaşma tələb edir. 4.Dzirav döyüşü haqda məlumat ,F.Buzandın məlumatlarını yenidən işləyən (N.Adonts) M.Xorenatsinin improvizasiyasıdır.O,Buzandın ,Urnayrın da iştirak etdiyi hər iki döyüş haqda məlumatını birləşdirərək bir döyüş kimi vermiş və bir çox hadisələrin məkanı kimi bunu da özündən uydurmuşdur.Fakt isə budur ki,ilkin mənbə olaraq,Buzand həmin döyüşdən danışarkən Dzirav adını çəkmir.Xorenatsi isə istifadə etdiyi ilkin mənbələrə münasibətdə etibarsız hesab edilir.(bax :Q.Xalatyans ,R.Tomsonun onun haqqında araşdırmaları). 4.Nəhayət : Urnayrın hakimiyyət illəri daha ciddi araşdırma,dəqiqləşdirmə tələb etsə də,onun 40-cı illərdən (IV əsr) əvvəl hakimiyyətdə olması ilə bağlı söhbətlərin Tarixə erməni redaktorunun etdiyi dəyişikliklərdən qaynaqlandığını və heç bir tənqidə davam gətirmədiyini qəbul etmək lazımdır.Bu,nəinki,bütün dolaşıqlıqlara aydınlıq gətirməyə,həm də alban tarixi xronologiyasını daha düzgün müəyyənləşdirməyə kömək edər. P.S.Haqqında söhbət gedən bütün məsələlərlə bağlı mənbələr,müəllifin “Albaniya Tarixi” və erməni redaktorunun barmağı” kitabında göstərilmişdir.Həmin mənbələri tələb olunanacağı təqdirdə,göstərməyə hazıram. {Əsədli Lazım}}-28may2012.
Urnayr haqqında müzakirə başlat
Müzakirə səhifələri istifadəçilərin Vikipediya məzmununu daha yaxşı hala necə gətirə biləcəkləri haqqında danışdıqları yerdir. Urnayr səhifəsini inkişaf etdirmək barədə digər istifadəçilərlə müzakirə aparmaq üçün bu müzakirə səhifəsindən istifadə edə bilərsiz.