Muzakire Seyid Yehya Murtuza Mescidi - Wikipedia
Müzakirə:Seyid_Yəhya_Murtuza_məscidi - Haqqında Məlumat
Bu, Seyid Yəhya Murtuza məscidi məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Ad
redaktəŞirvanşahların sünni olduğunu nəzərə alsaq İçərişəhərdə Həzrət Əli adlı məscidin olması inandırıcı görünmür, mümkünsə məscidin adı və tarixi ilə bağlı mənbə göstərin. --sefer azeri 10:31, 19 aprel 2015 (UTC)
- Sünnilikdə də Hz. Əli (ə) elə Hz. Əlidir. Bunun sünnisi şiəsi yoxdur. İmam Musa Kazımın (ə) qızı Həkimə xanımın məzarı üzərində Bibiheybət məscidini tikdirən də elə Şirvanşahlardır. Mənbə də göstərmişəm.--samral müzakirə 15:37, 23 iyun 2015 (UTC)
- Göstərilən mənbələrdə linkin biri açmır. Digər adı göstərilən kitabın həmin səhifələrində isə bu məscid haqqında bir məlumat yoxdur. O ki qaldı adlandırılması haqqında nəsə yazılsın. Həmin istinad kimi göstərilmiş kitaba burdan baxa bilərsiniz. Daha sonra qoruğun öz saytında və çap olunmuş digər kitablarda (məsələn elə götürək ədəbiyyat kimi göstərilmiş Fərhadoğlu Kamilin İçərişəhər kitabı. Bu kitabda da məscidin adı "Seyid Yəhya Murtuza" göstərilib.) və xəbərlərdə də məscidin adı həmişə "Seyid Yəhya Murtuza məscidi" adlanıb. Mənə məscidin adının necə olmasının qəti fərqi yoxdur. Məscidin üzərində düzəlişlər etmək istəyirəm ona görə yazılmış hər faktı yoxlamaq gərəkdir. Adını bilmədikləri məscidə ad verəndə kitabəyə əsaslanırlar. İçərişəhərdəki digər məscidlərdə olduğu kimi əgər adı bilinmirsə ya məscidi tikdirənin, ya həmin dövrdə hakimiyyətdə olanın, ya da memarın adını verirlər. Yəni məsciddə hansısa kitabədə məscidin adı ilə bağlı bir şey varmı? Çünki istinad kimi eləcə də mənbə kimi göstərilən kitablarda da adlandırma "Həzrət Əli" deyil. Rəcəb Yaxşı (müzakirə) 12:58, 2 fevral 2024 (UTC)
- @Rəcəb Yaxşı, bu məqalə üzərindəki bəzi redaktələriniz yumşaq dillə desək vandalizmdir. İndi izah edəcəm niyə. Əvvəla istinad olaraq göstərdiyim kitabın müvafiq səhifəsində məscidin adı məhz "Həzrəti Əli məscidi" kimi qeyd edilib. Bu kitab məndə var. Öz gözümlə bu məqamı görüb daha sonra Vikipediyaya əlavə etmişəm. Həmin kitabı özümlə Kanadaya gətirib gətirmədiyimi bilmirəm. Kitabların arasına baxmalıyam. Gətirmişəmsə mütləq müvafiq səhifənin şəklini çəkib bura yerləşdirəcəm inşallah. Çox gözəl xatırlayıram kitabın məhz 96-cı səhifəsindən 97-ci səhifəsinə qədər şəkillərdən ibarət səhifələrdir. Və o şəkillərdən biri bu məscidin şəklidir. Aşağısında da "Həzrəti Əli məscidi" yazılıb. Sizin linkini qeyd etdiyiniz PDF-ə baxdım. Təəssüf ki, həmin PDF-də həmin şəkillərdən ibarət səhifələr yoxdur. Ümumiyyətlə o PDF-də başqa naqisliklər də var. Məsələn ISBN də qeyd edilməyib. Halbuki kitabın özündə var. Nəysə.
- Keçək digər bir məqama. Yazmısız ki, link açılmır. Əvvəla link açılmayanda dərhal silinmir, "ölü link" şablonu əlavə edilir. İkincisi də orada linkin arxivləşdirilmiş versiyası var. Bəyəm o da açılmır? Ya siz ki, bu cür diqqətlə analiz edirsiz istinadları, linkləri, necə olub o arxiv linki nəzərdən qaçırmısız? Digər bir məqam. İçərişəhər DTMQİ-nin rəsmi saytına gəldikdə isə o sayt dünənlərə kimi bu məscidin adını sadəcə "Məscid" yazırdı. Və yenə həmin qoruq idarəsi Sıratağlı dini-memarlıq kompleksini əvvəllər "Bazar meydanı" kimi təqdim edirdi. Came (indiki Cümə) məscidinin bir qalığı olan və həm mədrəsə həm də məscid kimi fəaliyyət göstərmiş tarixi qalığı isə "mədrəsə-məscid" yazmaqdan, "Mədrəsə məscidi" kimi yazırlar hələ də. Sanki adı Mədrəsədir məscidin adı. Yəni ki, onların hər sözü heç də Quran ayəsi deyil mühakiməsiz qəbul edək. Keçən dəfə fikir verirəm məsələn Zəngilan azad edilənə qədər oranın tarixi şəhər məscidi "İmam Hüseyn" adlanıb. Dini qurumlar (DQİDK) filan bütün saytlar da o cür yazıb. Elə ki, Zəngilan azad edildi Prezident o məscidi ziyarət etdi "president.az" məscidin adını "Zəngilan məscidi" yazdı DQİDK başda olmaqla bütün saytlar başlayıb "Zəngilan məscidi" yazmağa. Tarixi qalıqları təmir edilən hissəsinə də, yanında yeni tikilənə də. Bu nə məsələdi bilmirəm. Hər halda nə vaxtsa ortaya çıxar. Nəysə.
- Diqqətimi çəkən bir digər məqam isə Xarici keçidləri silməyiniz olub. Niyə? Nə səbəbə? Orada məscidin adı "Həzrəti Əli" kimi qeyd edilib deyə, ya necə? Rəcəb bəy, baxın sizə ilk və son dəfə xəbərdarlıq edirəm ki, bir daha bu cür vandalizm hallarına yol verməyəsiz. Əgər bir daha eyni və ya oxşar qayda pozuntusunu təkrar etsəz barənizdə tədbir görülməsi üçün inzibatçılara müraciət etməyə məcbur olacam. samral müzakirə 07:13, 27 fevral 2024 (UTC)
- @Rəcəb Yaxşı, baxıram məqaləyə belə bir istinad əlavə etmisiz. Hər halda o istinadı əlavə edəndə özünüz də diqqət etmisiz ki, məhz bu məscidi nəzərdə tutub sadəcə "Məscid" yazıblar. Nə Seyid Yəhya Murtuza, nə də Hz. Əli. samral müzakirə 07:21, 27 fevral 2024 (UTC)
- @Rəcəb Yaxşı, indi diqqət etdim ki, məqalənin adını dəyişərkən belə bir cümlə yazmısız. "Məscidin adını "Həzrət Əli məscidi" edən şəxs yalan istinad göstərib.". Rəcəb bəy, mən sizinlə üslubumu pozmamağa çalışıram. Üslubunuza diqqət edin. Bu nə danışıqdır?! Və mənə qarşı işlətdiyini, bu iftira və böhtan olan "yalançı" sözünə görə də dərhal məndən üzr istəyin! samral müzakirə 07:26, 27 fevral 2024 (UTC)
- Son olaraq Mədəniyyət və Turizm Nazirliyi də bu məscidin adını sadəcə "Məscid" olaraq qeyd edirdi rəsmi saytında. İndi bilmirəm. samral müzakirə 07:44, 27 fevral 2024 (UTC)
- 1) İstinad kimi göstərilən həmin kitab mən bilən bir dəfə nəşr edilib. Yəni kitabı axtaranda da çox axtardım cəmi bir nəşri var o da 2013-cü ilə aiddir. Və kitabın məlumat hissəsində də 304 səhifə olduğu qeyd edilib. Əlavə etdiyim pdf faylda da hər bir səhifə yerindədir.
- 2) Zəhmət deyilsə özünüzdə olan kitabın həmin hissəsini göstərin. Kanadaya aparmasanız belə zəhmət deyilsə xahiş edin həmin səhifə göndərilsin. Bu işdə mən də sizə kömək edə bilərəm. Əks təqdirdə bu elə yalan sayılacaq.
- 3) İstinadda və Xarici keçidlərdə qeyd olunan linklər də aktiv deyildilər. Bəli mən qaydadan xəbərsiz idim onlara "ölü link" şablonu əlavə etməli olduğumu bilməmişəm. Bəs linkləri geri qaytaran siz niyə həmin şablonu əlavə etməmisiz? Xarici keçidlərdə olan saytların linklərinə keçid etmək mümkün deyil. Həmin saytlar da adi saytlardır. Yəni məlumat əsasında hazırlanmış xəbərlərdir. Məscidlə bağlı olan hər hansısa kitab və araşdırma deyil. Məsələn istinad kimi göstərilən bu saytdakı məqalənin özündə də istinad kimi göstərilən bu kitabda məscidin adı "Həzrət Əli" deyil "Seyid Yəhya Murtuza"dır.
- 4) Bir daha təkrar edirəm mənim adlandırma ilə bağlı heç bir problemim yoxdur. Saytların və ya hansısa dövlət qurumlarının da hansısa başqa abidələr haqqında natamam fikirləri mənə maraqlı deyil. Fakt bu məscidin "Həzrət Əli" adlandırılması heç bir tarixi mənbədə yoxdur. Belə adlandırma da olmayanda məscidə ya onu tikdirənin ya da memarın adını verirlər. İçərişəhərdəki digər məscidlər kimi. Və istinad kimi göstərdiyim bütün kitablarda da məscidin adı "Seyid Yəhya Murtuza" kimi qeyd olunub. Bundan başqa abidə ilə bağlı olan qurumların hər birində də məscidin adı "Seyid Yəhya Murtuza" adlanıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi.
- 5) Şəxsin məqalə ilə bağlı göstərilmiş faktları görməzdən gəlməsi, daha sonra məqalədəki düzəlişləri normal müzakirə etmək əvəzinə belə gülünc bir hərəkət etməsi yaxşı hal deyil. Söhbəti mənasız uzatmamaq üçün istəyirəm ki bu işə mövzudan başı çıxanlar və adminlər yekun vursunlar. Zəhmət deyilsə vaxt ayırıb yekun qərar verin.
- @Sefer azeri, @Araz Yaquboglu, @Nemoralis, @Solavirum, @Turkmen, @Toghrul R Rəcəb Yaxşı (müzakirə) 06:21, 28 mart 2024 (UTC)
- İlk öncə onu qeyd edim ki, məqalənin adı VP:TANINMIŞAD nədirsə o olmalıdır. Müzakirədə daha sakit (nəzakətsizsiz demirəm) davranmağı tövsiyə edirəm. Bir neçə nəfər də iştirak etsə müzakirəni bağlamaq mümkündür. Nemoralis (müzakirə) 07:35, 28 mart 2024 (UTC)
- @Rəcəb Yaxşı qeyd etdiyi kimi, məscidin əsas adı "Seyid Yəhya Murtuza"dır. 6 il əvvəl ingiliscə Vikipediyada məqaləni yaradarkən bu məsələni araşdırmışdım və əsas mənbələrdə bu cür istinad edildiyini görmüşdüm. Təbii ki, "Həzrət Əli" məscidi kimi də istinad edilirsə, onu giriş hissədə qeyd etmək olar (hansı ki, artıq düzgün şəkildə edilib) — Toghrul R (m) 08:06, 28 mart 2024 (UTC)
- İkinci ad kimi qeyd etmək olar, amma əsasən mənbələr "Seyid Yəhya Murtuza" kimi qeyd edir. Bir abidənin birdən çox adı olmağı qeyri-adi hal deyil. --► Hörmətlə: SolaVirum 11:59, 28 mart 2024 (UTC)
- @Rəcəb Yaxşı qeyd etdiyi kimi, məscidin əsas adı "Seyid Yəhya Murtuza"dır. 6 il əvvəl ingiliscə Vikipediyada məqaləni yaradarkən bu məsələni araşdırmışdım və əsas mənbələrdə bu cür istinad edildiyini görmüşdüm. Təbii ki, "Həzrət Əli" məscidi kimi də istinad edilirsə, onu giriş hissədə qeyd etmək olar (hansı ki, artıq düzgün şəkildə edilib) — Toghrul R (m) 08:06, 28 mart 2024 (UTC)
- @Solavirum və @Toghrul R məsələ odur ki məscidin "Həzrət Əli" adlandırılması ilə bağlı verilmiş istinadlarda problem var. İstinad kimi göstərilmiş kitabın həmin səhifəsində elə bir məlumat yoxdur. İkinci istinad Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin saytıdır. Orda da cəmi bir dəfə xəbər xarakterli məlumatda belə yazılıb. Qalan digər yazılarında və qeydiyyatlarında məscidin adı "Seyid Yəhya Murtuza"dır. Üçüncü istinadda göstərilmiş yazı da əsassızdır. O yazıda istinad kimi verilmiş kitabda (səhifə 140) məscidin adı "Seyid Yəhya Murtuza"dır. Rəcəb Yaxşı (müzakirə) 12:16, 29 mart 2024 (UTC)
- @Rəcəb Yaxşı, heç bir istinadda, heç bir problem yoxdur. İstinad göstərdiyim kitabda o məlumat var. Bu sübut videosu. Bu həmin səhifənin skrini. Səhifənin nömrəsi yoxdur. Bunun da səbəbini yuxarıdakı rəyimdə ətraflı şəkildə izah etmişəm. Həmçinin məscidlə üzbəüz şərab evi açılanda və bu da narazılığa səbəb olanda mediada da məscid “Həzrət/İmam Əli” adı ilə qeyd edilib. Bu istinadları da məqalədə Qalmaqal bölməsində cəmləşdirdim. Həmçinin üçüncü istinadı (güya) əsassız adlandırmısız. Halbuki o yazıda 2 mənbə var. Və həmin mənbələrdən 2-cisində “Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası”nda (səhifə 48) məscidin adı “Həzrət Əli məscidi” kimi qeyd edilib. Bu ensiklopediyanın PDF linkləri: ebooks.az; archive.org. Və bu da məhz həmin səhifənin skrini. Qeyd edim ki, sizin linkini təqdim etdiyiniz naqis və natamam PDF-lərdən fərqli olaraq bunlar kamil, tam pdf-lərdir. Sonda məqalənin Xarici keçidlər bölməsində yerləşdirdiyim linkdəki elmi-publisistik yazıda da məscidin adı “Həzrəti Əli” olaraq qeyd edilib. Rəcəb bəy, əvvəlcə mənə bu müzakirədə “yalançı”, sonra da bu müzakirədə saxta istinad göstərməkdə ittiham edib, yəni “saxta”kar demisiz. İndi sizə sübut etdim əsil yalançı və saxtakar kimdir! samral müzakirə 20:13, 19 iyun 2024 (UTC)