Muzakire Hindiler - Wikipedia
Müzakirə:Hindilər - Haqqında Məlumat
Bu, Hindilər məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Hindilər
redaktəAmerikada Hindular yaşayır. Hindilər və hindlilər Amerikada yaşamır. Burda hindulardan, Amerikalı yerlilərdan danışılır.--Melikov Memmed 05:35, 7 noyabr 2009 (UTC)
Mən də həmişə Amerikanın yerli əhalisini "hindu"lar bilmişəm. "Hindi"yə ümumiyyətlə rast gəlməmişəm. "Hindli" isə Hindistanın əhalisidir.--Sortilegus 08:35, 7 noyabr 2009 (UTC)
- Mən də elə blirdim, ta ki, Fenimor Kuperin və başqa yazıçıların kitablarının azərbaycanca tərcüməsini oxuyana qədər. Ədəbi dildə hindi yazılır. Camaat arasında niyə hindu yayıldığını bilmirəm. Mən də dediyim kimi əvvəl elə eşitmişdim, yəni ki, bu geniş yayılmış səhvdir. Təklikdə Hindu isə Hindistanda yayılmış Hinduizm dininə inananlara deyilir. Amma bunun azərbaycanca ədəbiyyatda belə olduğunu bilmirəm (rusca İndus), dəqiqləşdirmək lazımdır amma onun indiki məqaləyə aidiyyatı yoxdur. Məqalə hindi olmalıdır, indiki ad geniş yayılmış səhv kimi ora istiqamətlənməlidir. --TimBitsتِمبِتس 13:24, 7 noyabr 2009 (UTC)
- Geniş yayılmış səhv deyəndə ki, mən bilən bu elə ümumqəbulolunmuş formadır. Ən yaxşısı kiminsə imkanı varsa ASE-də yoxlasın. Amma bildiyim qədərilə hindli məhz Hindistanlıları, hindu isə Amerika aborigenlərini nəzərdə tutur. "Hindi" sözünün hindistanlılara aid edilməsi ilə rastlaşmışam, amma Amerika aborigenlərinin bu cür adlandırılmasını ilk dəfədir eşidirəm. Məsələn elə "Mahur-Hindi" muğamının adındakı "hindi" sözünün Hindistanı nəzərdə tutduğu yəqin ki, şübhə doğurmur. Yenə də yaxşı olar ki, ASE-də baxaq. Wertuose 16:32, 7 noyabr 2009 (UTC)
- Bir də "hindi" sözü (vurğu birinci hecaya) hind dilini ifadə etmək üçün də işlənir. Rusca хинди adlandırılan dildən söhbət gedir. Wertuose 16:38, 7 noyabr 2009 (UTC)
- Geniş yayılmış səhv deyəndə ki, mən bilən bu elə ümumqəbulolunmuş formadır. Ən yaxşısı kiminsə imkanı varsa ASE-də yoxlasın. Amma bildiyim qədərilə hindli məhz Hindistanlıları, hindu isə Amerika aborigenlərini nəzərdə tutur. "Hindi" sözünün hindistanlılara aid edilməsi ilə rastlaşmışam, amma Amerika aborigenlərinin bu cür adlandırılmasını ilk dəfədir eşidirəm. Məsələn elə "Mahur-Hindi" muğamının adındakı "hindi" sözünün Hindistanı nəzərdə tutduğu yəqin ki, şübhə doğurmur. Yenə də yaxşı olar ki, ASE-də baxaq. Wertuose 16:32, 7 noyabr 2009 (UTC)
- Ən düzgün variant Wertuose deyən kimi, ASE-yə baxmaqdır. Azərbaycan dilində hələlik ASE-dən daha sanballı ensiklopedik mənbə yoxdur.--Sortilegus 21:36, 7 noyabr 2009 (UTC)
- Düzü mən də indiyə qədər "hindu" bilmişəm. Ancaq ASE-yə görə düz olan "hindi". "Hindu" isə "индус" demək imiş (Rusca-Azərbaycanca lüğət), yəni mən də daxil olmaqla çoxluq səhv bir şeyi "düz" bilib, artıq bizə bu səhvimizi düzəltməkdən başqa bir şey qalmır. --Melikov Memmed 07:05, 8 noyabr 2009 (UTC)
Ad
redaktəMəqalənin adı niyə "hindilər"dir? Orfoqrafiya lüğətində ümumiyyətlə belə söz yoxdur, "hindular" sözü var. Məqalənin adı "hindular" olmalıdır. Tarix terminləri lüğətində də hindular kimi verilib. Ümumiyyətlə, adlandırma məsələrində ASE-ni əsas götürmək heç doğru deyil, 40 il keçib, dildə çox dəyişiklik olub. Şiroi Akuma 03:59, 26 sentyabr 2024 (UTC)