Muzakire Elnur Mecidli - Wikipedia
Müzakirə:Elnur_Məcidli - Haqqında Məlumat
Bu, Elnur Məcidli məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Göstərilən universitetlərdən məzun olub olmadığının dəqiqləşdirilməsinə ehtiyac var, deyə düşünürəm. Çünki bütün saytlarda, eləcə də rəsmi saytında, daima "oxuyub, təhsil alıb" ifadələri var. "Məzun olub" ifadəsi yoxdur. HulaguKaan 00:07, 6 Oktyabr 2010 (UTC)
- Şablon yerləşdiriləndə onu geri qaytarmazdan əvvəl müzakirə etmək lazımdı axı deyəsən. Bu kimdi ki burda haqqında məqalə yaradılır. "Jurnalist". indi bütün jurnalistlər haqqında məqalə yaradım burda?! Bu şəxs qeyri ensiklopedikdir. Yüzlərlə alim var ki onların haqqında belə məqalə yaratmamışıq. Bir iki məqalə müəllifi olan adam haqqında məqalə nəyə lazımdı. Silinməsinin tərəfdarıyam.--sefer 10:56, 5 aprel 2010 (UTC)
- {{Sil}} şablonunu yerləşdirməzdən əvvəl də müzakirə etmək lazım idi. Çünki Siz bu şablonu əvvəl də yerləşdirmişdiniz. Və digər idarəçimiz İradə xanım şablonu çıxardaraq məqaləni saxlamışdır. Daha iki idarəçimizin də (Vago və Sortilegus) məqalədə redaktələr etməsi, bu məqalənin əhəmiyyətindən xəbər verir. Bütün qeyd etdiklərimə əsaslanaraq mən məqaləyə yerləşdirdiyiniz {{Sil}} şablonunu növbəti dəfə geri qaytarıram. Həmin şablonu daha ora yerləşdirməyin. Və burada müzakirəni davam etdirin. Əgər vikicəmiyyətimiz də məqalənin silinməsinə razı olarlarsa, onda bu başqa məsələ... ----Cek Li Taranmesaj 06:06, 5 aprel 2011 (UTC)
- Əvvəlcə onu qeyd edim ki, məqalənin əhəmiyyəti hansısa idarəçilərin onu redaktə etməsi ilə ölüçlməməlidir. Məqalə məzmununa və nə (kim) haqqında olmasına görə əhəmiyyətli ola bilər. Təkrar edirəm. Bu şəxsin qeyri ensiklopedik olduğunu düşünürəm və məqalənin silinməsi tərəfdarıyam. Vikipediya ensikloediyadır, kiminsə bloku deyil ki istədiyi şəxsləri reklam etsin. Axşama qədər münasibət bildirilməsə yenidən sil şablonu yerləşdirmək məcburiyyətində qalacam. --sefer 11:24, 5 aprel 2010 (UTC)
- Mən bu şəxsin qeyri-ensiklopedik olduğunu düşünmürəm və məqalənin silinməsinin tərəfdarı deyiləm. ----Cek Li Taranmesaj 06:26, 5 aprel 2011 (UTC)
- Mirzə Cəlil, Üzeyri bəy və Həsən bəy kimi dahilərlə birgə bu cür insanların adının da Azərbaycan jurnalistləri kateqoriyasında olması bir vətəndaş kimi şəxsən mənim ürəyimi yandırır. Hörmətli Cekli zəhmət olmasa fikrinizi əsaslandırın. Hansı "böyük fəaliyyətinə" görə bu adamın adı ensiklopediyaya düşməyə layiqdir ki. Şəxsən mən məqalədə belə bir fəaliyyət görmədim.--sefer 11:24, 5 aprel 2010 (UTC)
- Azərbaycan jurnalistləri kateqoriyasını məqalədən çıxartmaq olar. ----Cek Li Taranmesaj 06:33, 5 aprel 2011 (UTC)
- Həqiqətən çox gülməlidir. Məqaləni Azərbaycan jurnalistləri kateqoriyasından çıxarsaq onda bu kimdi axı burda onun haqqında məqalə olsun. Bakıda doğulan?:))) Jurnalist fəaliyyətinə görə bu adam yüz faiz ensiklopedik deyil. Anlaya bilmirəm hansı əməyinə görə ensiklopediyada onun haqqında məqalə olmalıdır? --sefer 11:24, 5 aprel 2010 (UTC)
- Onda çıxartmayaq, qalsın. ----Cek Li Taranmesaj 06:43, 5 aprel 2011 (UTC)
- )))) Niyə, bu kimdi axı israrla onun haqqında məqalənin olmasını istəyirsiz. Düzü sizi başa düşmədim.--sefer 11:24, 5 aprel 2010 (UTC)
- Əgər tarixçəyə baxsanız, görərsiniz ki, bu məqalədə mənim fəaliyyətim yalnız bu gün olub. Əgər israr etsəydim onun barəsində çoxdan seçilmiş məqalə səviyyəsində olan bir məqalə yaradardım. Axı o Sizə nə edib ki, onun barəsində olan məqalənin israrla silinməsini tələb edirsiniz? AzVikidə hazırda bundan da bərbad gündə olan azı 10000 məqalə var. ----Cek Li Taranmesaj 06:52, 5 aprel 2011 (UTC)
- Heç nə etməyib.)) Sadəcə bu adam ensiklopedik deyil və onun haqqında məqalə olmasını istəmirəm. Əsas məqalənin nə vəziyyətdə olması deyil. Onun lazımlı olub - olmamsıdır (əlbəttə ki ensiklopediyaya). --sefer 11:24, 5 aprel 2010 (UTC)
- Maraqlıdır ki, indiyə kimi yalnız sən bu məqalənin burada olmasını istəməmisən:) Çünki, 2 dekabr 2008-ci ildən bəri məqalə buradadır. ----Cek Li Taranmesaj 06:58, 5 aprel 2011 (UTC)
- Məqalənin nə vaxtdan burada olması məncə önəm daşımır, demək ki, indiyə kimi kimsə bu şəxsin ensiklopedik olmmasına fikir verməyib. Mən bu məqalənin silinməsi tərəfdarıyam və fikirlərimi də yuxarıda qeyd etmişəm. --sefer 09:19, 26 sentyabr 2010 (UTC)
Mənə elə gəlir ki, müəyyən şərtlərlə məqalə silinməyə də bilər. Məsələn istinadlar onun bloquna qedir ki, bu düzgün deyil. Bəzi məlumatların isə ümumiyyətlə mənbəsi göstərilməyib. --Gulustan 05:26, 26 sentyabr 2011 (UTC)