Muxtelif Sahillerde Film 1926 - Wikipedia
Müxtəlif sahillərdə — rejissor Aleksandr Litvinov tərəfindən 1926-cı ildə ekranlaşdırılmış tammmetrajlı bədii film.
Müxtəlif sahillərdə | |
---|---|
Fayl:Müxtəlif sahillərdə (film, 1926).jpg | |
Janr | detektiv |
Rejissor | Aleksandr Litvinov |
Ssenari müəllifləri |
Aleksandr Litvinov P.Vaynşteyn İvan Tartakovski |
Baş rollarda |
Mirzəağa Əliyev Mustafa Mərdanov Nadejda Vendelin Mikayıl Mikayılov Sergey Trotski Pyotr Kirillov |
Operator | İvan Tartakovski |
Rəssamlar |
A.Plaksin Mixail Vlasov |
İstehsalçı | Azdövlətkino |
İlk baxış tarixi | 1 aprel 1926 |
Filmin digər adı | Əlbəyaxa |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 65 dəq. |
Ölkə | SSRİ |
Dil | səssiz |
Texniki məlumatlar |
7 hissə 1779 metr |
Rəng | ağ-qara |
Məzmun
redaktəFilm neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. Dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün Azərbaycana Amerikadan mütəxəssislər dəvət olunur. Bu mütəxəssislərin bəziləri onlara tapşırılan işi qəsdən yerinə yetirmirlər. Bunu görən yerli mütəxəssislərin özləri mədənlərdə işi qaydaya salmağa çalışırlar. Beləliklə, yerli və gəlmə mütəxəssislər arasında münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu münaqişə filmin əsasını təşkil edir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Aleksandr Litvinov
- Ssenari müəllifi: Aleksandr Litvinov, P.Vaynşteyn, İvan Tartakovski
- Operator: İvan Tartakovski
- Rəssam: A.Plaksin, Mixail Vlasov
Rollarda
redaktə- Mirzəağa Əliyev — Amerikan fəhləsi
- Mustafa Mərdanov — Abbas
- Nadejda Vendelin
- Mikayıl Mikayılov
- Sergey Trotski
- Pyotr Kirillov
Mənbə
redaktə- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.