Murebbe - Wikipedia
Mürəbbe (ərəbcə: dördlük) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması.[1]
Mürəbbe 4 misra olmaqla 5-7 bənddən ibarət olur. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 3 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyə quruluşu aaaa, bbba, vvva və s. şəklindədir. Bəndlərin son misrası nəqərat şəklində olur.
Müasir ədəbiyyatda mürəbbenin ifadə imkanları qismən dəyişmişdir[2].
Məhəmməd Füzulinin "Gözüm, canım, əfəndim sevdigim, dövlətli sultanım!" nəqəratli mürəbbesi məşhurdur.
Mürəbbedə hər bəndin axırıncı misraları təkrar da ola bilər. Məsələn "Leyli və Məcnun" poemasında Qeysin — Məcnunun dilindən verilən Mürəbbedə hər bəndin axırında "Qanı, ey zalım, bizimlə əhd-peyman etdiyin?" misrası təkrar olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
- ↑ Qəhrəmanlı, Nazif. Ədəbiyyat nəzəriyyəsi (az.). Bakı: BQU-nun mətbəəsi. 2008. 28–29.
Ədəbiyyat
redaktə- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.129
- Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh. 621