Muqeddes Torpaqlar - Wikipedia
Müqəddəs torpaqlar (ivr. אֶרֶץ הַקּוֹדֶשׁ, lat. Terra Sancta, ərəb. الأرض المقدسة) — İordan çayı ilə Aralıq dənizi arasında yerləşən və İbrahimi dinlər, yəni yəhudilik, xristianlıq və İslam üçün böyük əhəmiyyət kəsb edən torpaqlara verilən ad. "Müqəddəs torpaq" dedikdə adətən müasir İsrail dövlətinin ərazisi, Fələstin dövləti, Qərbi İordaniya və cənubi Livanın bir hissəsi, eləcə də cənub-şərqi Suriya torpaqları nəzərdə tutulur.
İudazim və müqəddəs torpaqlar
redaktəYəhudilər əksərən İsrail torpaqlarını “Müqəddəs torpaqlar” adlandırmırlar. Bu ərazilər haqqında Tanaxda "Müqəddəs Torpaq" ifadəsi sadəcə bir pasajda işlədilmişdir. Tanaxa görə israillilərin müqəddəsliyi dedikdə tanrı tərəfindən israillilərə verilən torpaqlar nəzərdə tutulur yəni bu torpaqlar onların tanrı ilə olan sazişlərinin bir hissəsi sayılan “vədd edilmiş torpaqlar”dır. 1906-cı ildə nəşr edilən yəhudi ensiklopediyasına əsasən Müqəddəs İsrail dövləti dedikdə “4 müqəddəs şəhər” : Yerusəlim, Əl Xəlil, Safed və Tiberiya nəzərdə tutulur. Yerusəlim şəhəri burada yerləşən məbədə görə xüsusi əhəmiyyətə malikdir. Yəhudi ənənələrinə görə İsmayılın qurban edildiyi Moriah dağı bu şəhərdədir. İvrit incilində də Yerusəlim adı 669 dəfə işlədilmişdir. Şəhərin bir digər adı Sion isə İvrit incilində 154 dəfə işlənib. İudazimin kitablarından olan və yəhudi dünyagörüşünün ensiklopediyası sayılan Talmudda Yerusəlim haqda belə bir bölüm var: “Ey Yerusəlim, səni unutsam, sağ əlim qurusun. Yerusəlim, səni ən böyük sevincimdən üstün tutmazsam, dilim damağıma yapışsın!..”[1]
Xristian dini və müqəddəs torpaqlar
redaktəXristian dinində də bu ərazilər böyük önəmə malikdir. Xristianlığın müqəddəs kitabı İncildə qeyd edilir ki, İsa peyğəmbər məhz burada anadan olmuş, öldürülmüş və yenidən dirilmişdir. Bir sıra xristian kitablarında (İncil də daxil olmaqla) Müqəddəs torpaqların xəritəsinə yer verilmişdi. Məsələn Alman keşiş Henrix Büting “Müqəddəs kitab” adlandırdığı səyahətnaməsində bu torpaqların xəritəsi göstərilmişdir.[2]
İslam dini və müqəddəs torpaqlar
redaktəQuranda “Əl-Ard-Əl Müqəddəs" (ərəb. الأرض المقدسة) ifadəsi Musanın İsrail övladalarına mürciaətində keçir : " Ey qövmüm ! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz ".[3] Quranda həmçinin bu torpaqlar “mübarək” adlandırılır. İslamda Qüds xüsusi həmiyyətə malikdir. Hədislərə əsasən ən uzaq məscid Əl-Qüdsdür. Əbu Hüreyrənin nəql etdiyi rəvayətdə deyilir: “ Allahın vəkilinin gecə səfərində, Qüdsdə ona 2 fincan verildi. Onlardan birində süd digərində isə şərab varidi. O hər ikisinə baxdıqdan sonra süd olan fincanı götürdü. Mələk Cəbrail dedi : Həmd olsun Allaha, sizi fitrətə yönəltdi. Əgər şərabı seçmiş olsaydın ümmətin yolundan çıxacaqdı” Qüds Məhəmməd peyğəmbərin dövründə ilk qiblə idi.
İstinadlar
redaktə- ↑ Isaac Herzog. The Main Institutions of Jewish Law: The law of obligations. Soncino Press. 1967. səh. 51. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2011.
- ↑ Bünting, Heinrich. "Description of the Holy Land". World Digital Library (German). 1585. 2019-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-21.
- ↑ Bünyadov, Ziya. Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi). səh. 777.