Muqeddes Torpaq Film 1992 - Wikipedia
Müqəddəs_torpaq_(film,_1992) - Haqqında Məlumat
MÜQƏDDƏS TORPAQ | |
---|---|
Fayl:Müqəddəs torpaq (film, 1992).jpg | |
Janr | dram |
Rejissor | Şahin Sina |
Ssenari müəllifi | Şahin Sina |
Baş rollarda |
Zemfira Nərimanova Aleksandr Mixayliçenko |
Operator | Nikolay Pokoptsev |
Bəstəkar | Andrey Andersen |
Rəssam | Andrey Pastuşenko |
İstehsalçılar |
"Borçalı" Kinostudiyası "Lenfilm" Kinostudiyası (Rusiya) |
İlk baxış tarixi | 1992 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 69 dəq. |
Ölkələr |
Azərbaycan Rusiya |
İl | 1992 |
Texniki məlumatlar |
7 hissə 1887 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Sankt-Peterburq, Rusiya |
Məzmun
redaktə- Kinolent insanın günaha batması haqqındadır. Ərini itirmiş qadın oğlu ilə qəbristanlığa ərinin qəbrini ziyarət etməyə gəlir. Həmin vaxt bir kişi də qızı ilə arvadının qəbrini ziyarət edir. İlk tanışlıq sonradan ehtiraslı sevgiyə çevrilir, ölülərini, hətta övladlarını belə unudurlar. Ehtirasın insan ağlına hakim kəsildiyi bir vaxtda İsa peyğəmbər yenidən zühur edir. Film insanın günaha batması mövzusunda fantaziyadır.
Film haqqında
redaktə- Film rejissor Şahin Sinanın quruluşçu rejissor kimi kinoda ilk işidir.
Festivallar və mükafatlar
redaktə- 1)1992-ci ildə Göteborq şəhərində(İsveç) keçirilən Beynəlxalq kinofestival
- Rejissor Şahin Sinaya ən yaxşı debütə görə priz və diplom verilmişdir.
- 2)1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kino baxışı
- Filmə "Novoe Kino" Prizi və Diplomu verilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi : Şahin Sina
- Quruluşçu rejissor : Şahin Sina
- Quruluşçu operator : Nikolay Pokoptsev
- Quruluşçu rəssam : Andrey Pastuşenko
- Bəstəkar : Andrey Andersen
- Səs operatoru : Oksana Struçina
- Prodüser : Anatollu Qasımov (Anatoli Qasımov kimi)
Rollarda
redaktə- Zemfira Nərimanova
- Aleksandr Mixayliçenko