Muqeddes Aqnes - Wikipedia
Müqəddəs Aqnes ya Romalı Aqnes (Aqnesa, Aqniya, Anna (lat. Agnes); təq. 291 ci il — 304 cü il) — xristianlıqda III–IV əsrlərdə yaşamış, inancına görə əzablar çəkmiş şəhid məsihçi qız. Erkən xristiyanlıqda elan edilmiş müqəddəslərdən biri.
Müqəddəs Aqnes | |
---|---|
lat. Agnes | |
| |
Rütbə | Əzabkeş şəhid |
Doğum tarixi | |
Doğum yeri | Roma |
Vəfat tarixi | |
Vəfat yeri | Roma |
Qeyd edilir | Roma-Katolik kilsəsi |
Əsas məbədi | Müqəddəs Aqnes kilsəsi |
Xatirə günü | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəvayəti
redaktəRəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrısına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə davam edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür. Onun atasının xahişi ilə Aqnes öz duaları ilə onu dirildir. Onu cadugərlikdə ittiham edərək tonqala atırlar, lakin tonqal sönür və əsgərlərdən biri onu xəncərlə öldürür.