Muharib Mirzeyev - Wikipedia
Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid.
Müharib Mirzəyev | |
---|---|
Müharib Abbas oğlu Mirzəyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 aprel 1945-ci il |
Doğum yeri | Seyidlər kəndi, Səfərəliyev rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Mülki Müdafiə Qərargahı |
Rütbəsi | Polkovnik |
Vəzifəsi | Gəncə regional mülki müdafiə qərargahının rəisi |
Həyatı
redaktə27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub.
1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir[1].
Bu səbəbdən ona şəhid statusu verilir.
Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi.
Ailəli idi, üç övladı var.
Şair Təmkinin (Böyükkişi Mirzəzadənin) kiçik qardaşı idi.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-27.
Ədəbiyyat
redaktə- Kalvalı Həsənov. And yerimiz (kitab). Bakı,"Əbilov, Zeynalov və oğulları", 2001, səh. 352.