Muharibe Qadin Simali Deyil - Wikipedia
Müharibə qadın simalı deyil (rus. У войны не женское лицо) — 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını alan Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin ilk kitabı.
Müharibə qadın simalı deyil | |
---|---|
У войны не женское лицо | |
| |
Müəllif | Svetlana Aleksiyeviç |
Janrlar | Roman, sənədli nəsr |
Mövzu | Müharibə |
Orijinalın dili | Rusca |
Ölkə | |
Orijinalın nəşr ili | 1985 |
Tərcüməçi | Nərgiz Cabbarlı |
Seriya | “XAN” tərcümə ədəbiyyatı |
Nəşriyyat | “XAN” nəşriyyatı |
Səhifə | 456 |
Elektron versiya |
1985-ci ildə nəşr edildikdən sonra kitab qısa müddət ərzində populyarlaşaraq, 2 milyondan çox oxucu qazanır.[1][2] Əsər bir qadının monoloqu üzərində qurulmaqla, müharibədən sonrakı həyatı əks etdirir.[1]
Məzmun
redaktəBiz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük… Hər şey haqqında ancaq kitablarda oxumuşduq.
2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sənədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız.
Nəşr
redaktəKitabı Nərgiz Cabbarlı rus dilindən Azərbaycan dilinə tərcümə və redaktə edib, “XAN” nəşriyyatı tərəfindən “XAN” tərcümə ədəbiyyatı çərçivəsində 2015-ci ildə nəşr edilib.[3][4][5]
Adaptasiyası
redaktəƏsərin motivləri əsasında 1981-1984-cü illərdə sovet belorus rejissoru Viktor Daşuk tərəfindən hər biri 10-25 dəqiqədən ibarət olan 7 seriyalıq sənədli televiziya filmi çəkilib.[6]
İstinadlar
redaktə- ↑ 1 2 Osipovich, Alexander. "True Stories". The Moscow Times. 19 March 2004. 29 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2015.
- ↑ Карпов, Евгений. Светлана Алексиевич получила Нобелевскую премию по литературе – первую в истории Беларуси. www.tut.by (rus). Tut.By. 8 October 2015. 9 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 October 2015.
- ↑ "Svetlana Aleksiyeviçin kitabı Azərbaycan dilində – İLK DƏFƏ". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
- ↑ "Nobel mükafatı laureatının romanı Azərbaycan dilində çapa hazırlanır". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
- ↑ ""Müharibə qadın simalı deyil"". 2020-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
- ↑ Ernst Schumacher, Sinn und Form, No. 6/1984, pp 1320-1329.
Xarici keçidlər
redaktə- ""Müharibə qadın simalı deyil" – Svetlana Aleksiyeviç" ( (az.)). hedefnesrleri.az. 2019-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
- Goodreads-də Müharibə Qadın Simalı Deyil
- "Müharibənin qadın üzü yoxdur" romanı
- Svetlana Aleksiyeviç – “Müharibə qadın simalı deyil”
- Şəhla Rəşidova Svetlana Alekseyeviçin "Müharibə qadın simalı deyil" kitabını şərh etdi
- Təpələrin arxasında
- Müharibə qadın simalı deyil...
- Müharibənin qadın olmayan üzü - Svetlana Aleksiyeviç
- Svetlana Aleksandrovna Aleksiyeviçin “Müharibə qadın simalı deyil”