Musk Marali - Wikipedia
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü.
Müşk maralı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Müşk maralı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Etimologiya
redaktəVasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.[3]. Bu türk mənşəli sözdür.
Təsnifatı
redaktəQabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur.
Coğrafiyası
redaktəQabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır. Tibet və Himalay dağlarında isə 3000 m-ə qədər yüksəkliklərdə rast gəlinir.
Qabarğa müşkü
redaktəQabarğanın qarnında müşk vəziləri var. Bu vəzilərdə kəskin iyli qəhvəyi-qonur rəngli müşklə dolu olur. Yetkin erkək qabarğaların bir vəzisində 10-20 q müşk olur.
- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Заимств. из тел., шор., саг. tabyrɣa «сиб. кабарга», тувинск. toŋurɣy — то же (Радлов 3, 971, 1171)