Lorik Sana - Wikipedia
Lorik Sana (27 iyul 1983[1][2], Priştina) — Kosovoda anadan olan Albaniya futbolçusu. Fransa Liqa 1 komandalarından olan Nant FK-da çıxış edir.
Lorik Sana | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Lorik Cana | |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 27 iyul 1983[1][2] (41 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 186 sm | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 77 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | mərkəz müdafiəçisi[d] | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Klub karyerası
redaktəLorik Sana həvəskar karyerasına İsveçrə komandalarından olan Lozanna-Sport klubunda başlamışdır. 2000–2002-ci illər ərzində Pari Sen-Jermen FK-ın gənclər klubunda forma geymişdir. Paris klubunda ilk oyununa 19 aprel 2003-cü il tarixində Nant FK Atlantik klubuna qarşı çıxmışdır. 2003–2004 mövsümündə PSJ-ə Vahid Halilodziç baş məşqçi kimi gətirildi.[3] Onun gəlişi ilə Sana klubda forma geymə şansına malik oldu. Eyni sezonda klub ilə Fransa Kubokunun sahibi oldu. Liqada 32 oyuna çıxıb 1 qol vurmağı bacardı. Ölkəsində isə İlin futbolçusu mükafatına layiq görüldü.
2005–2006 mövsümünün əvvəlində Olimpik Marsel FK-a transfer olundu.[4] Burada ilk liqa oyununa 27 avqust 2005-ci ildə çıxdı. Klubda ilk qolunu isə 16 oktyabr 2005-ci ildə keçmiş komandası PSJ-yə qarşı 1–0 bitən oyunda vurdu. 2007–2008 mövsümünün əvvəlində Habib Beyenin Nyukasl Yunayted FK-a transfer olunmasından sonra Lorik Sana komandanın kapitanı seçildi.[5]
Alban futbolçu 24 iyul 2009-cu il tarixində 6 milyon £ qarşılığında dörd illiyə Sanderlend FK-a transfer olundu.[6]
8 iyul 2010-cu il tarixində Qalatasaray PFK İngiltərənin Sanderlend FK klubunda forma geyən yarımmüdafiəçi Lorik Sana ilə 4 illik razılığa gəldilər. Qalatasaray bu oyunçunu almaq üçün Sanderlend FK-a 4.5 milyon € ödəmişdir. Özünə isə illik 2 milyon € ödəməyə başlamışdır. Oyun başına isə Lorik Sanaya 7500 € düşürdü.
2011–2012 mövsümünün əvvəlində Qalatasaray Lorik Sananı Fernando Muslera əvəzində Latsio FK-a transfer etmişdir.[7]
Qalatasaray
redaktəQalatasaray ilə düşərgə dövründə fiziki olaraq hazır olmayan Lorik Sana bi çox oyunda 90 dəqiqə oynaya bilməmişdir.[8] Hasselt, PAS Həmədan komandaları ilə oynanan hazırlıq qarşılaşmalarında yalnız 30 dəqiqə oynayan futbolçu Fənərbaxça ilə oynanan Dostluq Kuboku qarşılaşmasında 45 dəqiqə sahədə qala bilmişdir. Fiziki olaraq məşqdə qüsurları olan Lorik Sana Albaniya milli futbol komandasında 90 dəqiqə oynamış və dizindən zədələnmişdir. Super Liqanın 2-ci həftəsində Bursaspor ilə oynanan oyunda Qalatasarayın heyətində olmayan Sana 3-cü həftədə Eskişehirspor ilə oyunda ikinci hissədə oyuna çıxmışdır və effektiv bir performans göstərmişdir. Qarşılaşmada hava hakimiyyətində güzəşt verməyən yarımmüdafiəçi Eskişehirspor qarşısında vurulan 3-cü qolda qolu vuran Sana olmuşdur.
Mübariz şəxsiyyəti və ehtiraslı quruluşu ilə tərəfdarın gözünə girməyi bacarmışdır. Hava hakimiyyəti, istərsə də kəsdiyi toplar ilə Qalatasarayın müdafiəsinə kömək edən Lorik Sana Fənərbaxça derbisində tərəfdarın ən bəyəndiyi adlardan biri olmuşdur. Qalatasaray — Manisaspor qarşılaşmasında azərkeşlər tam da onun üçün "Lorik Sana" deyə temp tutarkən, eyni dəqiqə içərisində cəza meydançasında İsaak Promisi yıxaraq penaltiyə səbəb olmuşdur. 14-cü həftədə oynanılan Beşiktaş derbisindən əvvəl 3 həftə sahələrdən uzaq qalacağı açıqlanmasına baxmayaraq, öz istəyi ilə derbidə oynamış və yenə effektiv bir performans göstərmişdir. Əsl mövqeyi yarımmüdafiəçi olmasına baxmayaraq zaman-zaman hücumçu kimi də çıxış etmişdir.
Nant
redaktə31 avqust 2015-ci ildə Fransanın Nant klubu ilə müqavilə imzalamışdır. Çıxdığı 21 oyunda hələ də qol vura bilməyib. Nant FK-da ilk oyununa 21 noyabr 2015-ci ildə Monako ilə oyunda çıxmış və komandası Monakoya səfərdə 1–0 məğlub olmuşdur.[9][10]
Karyera statistikası
redaktəKlub
redaktə13 sentyabr 2015-ci il[11][12][13]
Mövsüm | Klub | Diviziya | Liqa | Liqa kuboku | Avropa | Ümumi | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
2000–01 | Pari Sen-Jermen FK B | Liqa 2 | 4 | 0 | — | — | 4 | 0 | ||
2001–02 | 12 | 1 | — | — | 12 | 1 | ||||
2002–03 | 23 | 1 | — | — | 23 | 1 | ||||
Ümumi | 39 | 2 | 0 | 0 | 0 | 0 | 39 | 2 | ||
Pari Sen-Jermen | Liqa 1 | 3 | 0 | — | — | 3 | 0 | |||
2003–04 | 32 | 1 | — | — | 32 | 1 | ||||
2004–05 | 32 | 1 | — | 6 | 0 | 38 | 1 | |||
2005–06 | 2 | 0 | — | — | 2 | 0 | ||||
Ümumi | 69 | 2 | 0 | 0 | 6 | 0 | 75 | 2 | ||
Marsel | Liqa 1 | 28 | 3 | — | 8 | 0 | 36 | 3 | ||
2006–07 | 33 | 2 | 1 | 0 | 3 | 0 | 37 | 2 | ||
2007–08 | 34 | 2 | 2 | 0 | 9 | 0 | 45 | 2 | ||
2008–09 | 27 | 1 | — | 12 | 1 | 39 | 2 | |||
Ümumi | 122 | 8 | 3 | 0 | 32 | 1 | 157 | 9 | ||
2009–10 | Sanderlend | Premyer Liqa | 31 | 0 | 4 | 0 | — | 35 | 0 | |
Ümumi | 31 | 0 | 4 | 0 | 0 | 0 | 35 | 0 | ||
2010–11 | Qalatasaray | Super Liqa | 24 | 1 | 4 | 0 | 3 | 0 | 31 | 1 |
Ümumi | 24 | 1 | 4 | 0 | 3 | 0 | 31 | 1 | ||
2011–12 | Latsio | Serie A | 15 | 2 | 0 | 0 | 6 | 0 | 21 | 2 |
2012–13 | 24 | 0 | 5 | 0 | 9 | 0 | 38 | 0 | ||
2013–14 | 26 | 2 | 0 | 0 | 6 | 0 | 32 | 2 | ||
2014–15 | 17 | 0 | 3 | 0 | — | 20 | 0 | |||
Ümumi | 82 | 4 | 8 | 0 | 21 | 0 | 111 | 4 | ||
2015–16 | Nant FK | Liqa 1 | 21 | 0 | 3 | 0 | 0 | 0 | 24 | 0 |
Ümumi | 21 | 0 | 3 | 0 | 0 | 0 | 24 | 0 | ||
Ümumi Karyerası | 388 | 17 | 22 | 0 | 62 | 1 | 472 | 18 |
Milli komanda
redaktə7 sentyabr 2015-ci il
Albaniya milli komandası[11][14] | |||||
---|---|---|---|---|---|
İl | Oyun | Qol | |||
2002 | 1 | 0 | |||
2003 | 6 | 0 | |||
2004 | 5 | 0 | |||
2005 | 8 | 1 | |||
2006 | 4 | 0 | |||
2007 | 6 | 0 | |||
2008 | 5 | 0 | |||
2009 | 6 | 0 | |||
2010 | 6 | 0 | |||
2011 | 9 | 0 | |||
2012 | 8 | 0 | |||
2013 | 7 | 0 | |||
2014 | 8 | 0 | |||
2015 | 5 | 0 | |||
2016 | 1 | 0 | Ümumi | 85 | 1 |
Milli komanda karyerası
redaktəAlbaniya milli futbol komandasında ilk dəfə 11 iyun 2003-cü ildə 2004-cü il Avropa Çempionatının Seçmə mərhələsində İsveçrə ilə oyunda forma geymişdir. İlk qolunu isə 17 avqust 2005-ci ildə Azərbaycan ilə oyunda vurmuşdur. Sananı Kosovo, Albaniya ilə yanaşı Fransa və İsveçrənin də vətəndaşıdır.
# | Gün | Stadion | Rəqib | Nəticə | Nəticə | Oyun | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1. | 17 avqust 2005 | Qemal Stafa Stadionu, Tirana, Albaniya | Azərbaycan | 2–1 | 2–1 | Yoldaşlıq | |||||
Correct as of 13 January 2013[15] |
Şəxsi həyatı
redaktəAtası Agim Sana da oğlu kimi futbolçu olmuşdur və Türkiyədə də bir müddət oynamışdır.
Uğurları
redaktəKlub
redaktə- Fransa Kuboku: 2004
- Fransa Kuboku finalçısı: 2006, 2007
Şəxsi
redaktə- Albaniya İlin futbolçusu: 2004, 2005, 2006
- Albaniya Azərkeşlərinin İlin futbolçusu: 2009
İstinadlar
redaktə- ↑ 1 2 Lorik Cana // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Lorik Cana // FBref (çd.).
- ↑ Fraser, Paul. "Skipper's crown is awaiting Dunne". The Northern Echo. 15 August 2009. 7 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2009.
- ↑ "Sunderland sign Marseille captain". BBC Sport. 24 July 2009. 8 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2009.
- ↑ "Catt fight is not over yet". Sunderland Echo. 25 July 2009. 27 July 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 July 2009.
- ↑ "Agim Cana Entraîneur du Dardania Lausanne". 24heures.ch (French). 19 August 1997. 8 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 March 2010.
- ↑ "Cesena vs. Lazio — 21 September 2011 — Soccerway". 25 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2016.
- ↑ "Profesyonel oyuncu Lorik Cana'nın Sunderland FC Kulübünden 4.500.000 avro bedelle transferi". Turkish Public Disclosure System (Turkish). 8 July 2010. 17 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2011.
- ↑ "Cana, 200 ndeshje në Ligue 1". Telegrafi.com (Albanian). 21 November 2015. 22 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 November 2015.
- ↑ "Monaco vs. Nantes 1 – 0". Soccerway. 21 November 2015. 15 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2015.
- ↑ 1 2 "Cana, Lorik". National Football Teams. İstifadə tarixi: 26 October 2010.
- ↑ "LORİK CANA". Turkish Football Federation. 26 October 2010. 2 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2010.
- ↑ "Lorik Cana". Mackolik.com. 26 October 2010. 7 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2010.
- ↑ Lorik Cana — national football team player Arxivləşdirilib 2022-08-26 at the Wayback Machine EU-Football.info
- ↑ "Football PLAYER: Lorik Cana". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
Xarici keçidlər
redaktə- LFP Profili Arxivləşdirilib 2009-02-24 at the Wayback Machine
- Statistics at TFF.org (türk.)
- Profile UEFA-da
- Lorik Cana Arxivləşdirilib 2014-02-28 at the Wayback Machine OM.net (fr.)