Loqopediya - Wikipedia
Loqopediya nitq inkişafı qüsurları haqqında pedaqoji elm olub, bu qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır. Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir.
Nitq pozğunluğu
redaktəNitq insana məxsus olan ali psixi funksiyadır. Nitq ünsiyyəti insanlar arasında sosial əlaqəni spesifik insani vasitələrini yaradıb kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkişaf etdirir. Nitq uşağın bütün psixi həyatında mühüm rol oynayıb, onda əsas idrak proseslərinin formalaşmasına səbəb olur. Tamamilə aydındır ki, uşağın nitq inkişafında baş verən pozğunluq – onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitlə ünsiyyət yaratma çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılması kimi ciddi qüsurları uşağı ən vacib vasitədən –özünü təsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır.
Nitq qüsurlarının nitq təsnifatı
redaktə1.Fonetik qüsurlar – səslərin təhrif tələffüzü və ya heç olmaması. Bu qüsurlar dislaliya, dizartriya və rinolaliya kimi diaqnozlaşdırılırlar. 2.Nitqin itirilməsi və ya inkişafdan geri qalması. Bura alaliya və afaziya daxildir. 3.Nitq surətinin, ritminin və səlisliyinin pozulması taxılaliya, bradilaliya.
Loqopediyanın vəzifələri
redaktəLoqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uşaqların xüsusi təlim – tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Bu məqsədlə nitq qüsurlarının yaranması və səbəbləri, xarakter və strukturu açıqlanmalıdır. Əldə edilən nəticələrdən nitq qüsurlarının müxtəlif formalarını elmi şəkildə əsaslandırılmış vasitə və üsullarla aradan qaldırmaq yolları işləyib hazırlamaq üçün istifadə edilir. Loqopediya məktəbəqədər, məktəb və yaşlılar loqopediyası hissələrindən ibarətdir. Loqopediya elminin qarşısında aşağıdakı əsas vəzifələrin həyata keçirilməsi durur.
1.Nitq inkiĢafı pozğunluqları olan uşaqların xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi; 2.Məktəbəqədər və məktəbyaşlı uşaqların nitq qüsurlarını öyrənən xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi; 3.Nitq qüsurlarının strukturunun, onun psixi inkişafa təsir dairəsinin araşdırılması; 4.Nitq qüsurlarının diaqnostikası, aradan qaldırılması və qarşısını alma metod və vasitələrini, qüsurların növlərinin öyrənilməsi; 5.Əhaliyə lazımi loqopedik köməyin təşkil edilməsi;
Loqopediya elminin prinsipləri
redaktəUşaqlarda nitq patologiyasının pedaqoji cəhətdən araşdırılmasının məzmun və istiqaməti loqopediya elminin metodunu təşkil edən prinsiplərlə müəyyənləşir;
- İnkişaf prinsipi.
- Sistemli yanaşma prinsipi.
- Nitq qüsurlarını psixi inkişafın digər tərəfləri ilə əlaqəli öyrənilməsi prinsipi.
Mənbə
redaktə- «Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat» DƏRS VƏSAİTİ
Z.M. Əzizova, R.Q. Cəfərova, Ş.N. İsmayılov