Lombardiya Regional Surasi - Wikipedia
Lombardiya Regional Şurası (it. Consiglio Regionale della Lombardia, lomb. Consili regional de la Lombardia) — İtaliya Respublikasının regionlarından biri olan Lombardiyada qanunvericilik hakimiyyətini həyata keçirən regional hakimiyyət orqanı. Birpalatalı orqan olub 80 deputatdan ibarətdir. Onlardan 49-u hökumət, 31-i isə, müxalifət tərəfdarıdır. Regional şuranın qərargahı Milan şəhərində yerləşən Pirelli qülləsidir.
Lombardiya Regional Şurası | |
---|---|
it. Consiglio Regionale della Lombardia lomb. Consili regional de la Lombardia | |
Ümumi məlumatlar | |
Növü | təkpalatalı parlament |
Təsis tarixi | 1970 |
İdarə heyəti | |
Prezident |
Alessandro Fermi 5 aprel 2018 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 80 |
Siyasi partiyalar |
Hökumət: (49) |
Seçkilər | |
Sonuncu seçkilər | 4 mart 2018 |
Sayt | |
consiglio.regione.lombardia.it | |
İlk seçkilər 1970-ci ildə, 1948-ci il İtaliya Konstitusiyası əsasən adi regionlar qurulduğu zaman keçirilmişdir. Son seçkilər 24 fevral 2013 tarixində keçirilmişdir. Hal-hazırkı prezident Populyar Alternativ partiyasının üzvü olan Raffaele Kattaneodur.[1]
Funksiyası
redaktəŞura regionun qanun və qaydalarını təsdiqləyir. Regional şura həmçinin regional statusu və regional büdcəni təsdiqləmək və qanunları milli parlamentə təklif etməklə vəzifələndirilmişdir.
Regional məclisin institusional orqanları
redaktəİdarə Heyətinin sədri
redaktəQanunvericilik | Prezident[2] | Partiya | Dövr |
---|---|---|---|
I | Qino Kolombo | Xristian Demokratiyası | 6 iyul 1970 – 24 iyul 1975 |
II | Sergio Marvelli | İtaliya Sosialist Partiyası | 24 iyul 1975 – 20 aprel 1978 |
Karlo Smuraqliya | İtaliya Kommunist Partiyası | 20 aprel 1978 – 24 iyul 1980 | |
III | Serqiyo Marvelli | İtaliya Sosialist Partiyası | 24 iyul 1980 – 6 oktyabr 1983 |
Renzo Peruzzotti | İtaliya Sosialist Partiyası | 6 oktyabr 1983 – 18 iyun 1985 | |
IV | Yuqo Finetti | İtaliya Sosialist Partiyası | 18 iyun 1985 – 5 avqust 1985 |
Fabio Semenza | İtaliya Respublikaçı Partiyası | 5 avqust 1985 – 27 iyun 1990 | |
IV | Qiyanpiyetro Borqini | İtaliya Kommunist Partiyası | 27 iyun 1990 – 12 fevral 1992 |
Klaudio Bonfanti | İtaliya Sosialist Partiyası | 12 fevral 1992 – 9 dekabr 1992 | |
Francesko Zakkariya | İtaliya Sosialist Partiyası | 9 dekabr 1992 – 19 iyun 1995 | |
VI | Qiyankarlo Morandi | Forza Italia | 19 iyun 1995 – 12 iyun 2000 |
VII | Attiliyo Fontana | Şimal Liqası | 12 iyun 2000 – 6 iyun 2005 |
VIII | Attiliyo Fontana | Şimal Liqası | 6 iyun 2005 – 6 iyul 2006 |
Ettore Adalberto Albertoni | Şimal Liqası | 6 iyul 2006 – 15 iyul 2008 | |
Qiuliyo Aşil de-Kapitani | Şimal Liqası | 15 iyul 2008 – 11 may 2010 | |
IX | David Boni | Şimal Liqası | 11 may 2010 – 8 may 2012 |
Fabriziyo Keksetti | Şimal Liqası | 8 may 2012 – 27 mart 2013 | |
X | Raffaele Kattaneo[1] | Populyar Alternativ | 27 mart 2013 – h.h |
Büro
redaktəPrezident
redaktəVitse-prezident
redaktəKatiblər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Lombardiya prezidentinin rəsmi saytı" (italyan). 2018-01-24 tarixində arxivləşdirilib.
- ↑ [http://it.lombardia.wikia.com/wiki/?axtar=Presidenti_Regionali_della_Lombardia "Presidenti Regionali della Lombardia" (italyan). Wikia. 19 avqust 2013. 2015-10-02 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Regione Lombardia" (italyan). politici.openpolis.it. 2022-08-30 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- consiglio.regione.lombardia.it — Lombardiya Regional Şurasının rəsmi saytı