Lokmaci Qapisi - Wikipedia
Lokmacı qapısı və ya Lokmacı Sərhəd Qapısı(yun. οδός Λήδρας, türk. Lokmacı Kapısı) — Kipr adasını iki hissəyə ayıran və BMT tərəfindən nəzarət olunan "yaşıl zona"da yerləşən Lokmaçı (Ledra) nəzarət-buraxılış məntəqəsi.[1]
Lokmaçı sərhəd qapısının açılması barədə qərar yunan Kiprinin prezidenti Dimitris Xristofias və türk tərəfinin prezidenti Mehmet Əli Tələtin 21 martda keçirilən görüşündə qəbul olunub.[2]
Kipr adasını ikiyə bölən təxminən uzunluğu 180 kilometr olan Yaşıl Xətt üzərindəki beş ayrı gömrük qapısından biridir. Kıbrıs Respublikasında ictimai qarşıdurmaların yaşandığı 1963–1964 hadisələri zamanı bağlanılan keçid, 3 aprel 2008 tarixində yenidən açıldı [3]
Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində bağlı qalan keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Kipr adasında tarixi hadisə baş verib. Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində 45 ildir bağlı qalan Lokmaçı qapısı gediş-gəliş üçün açıq elan olunub.
Yunanların Nikosiya, türklərin isə Lefkoşa adlandırdığı şəhərin mərkəzindəki keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Rəsmi açılış zamanı Lefkoşa türk bələdiyyəsiylə Nikosiya yunan bələdiyyəsinin rəhbərləri əvvəlcə türk tərəfinə, sonra isə yunan tərəfinə keçməklə gediş-gəlişin əsasını qoyublar.
Bundan sonra adi vətəndaşlar da sərhəddən qarşı tərəflərə keçiblər. Türk bələdiyyəsi mərasim zamanı iştirakçılara şirniyyat paylayıb və xalq çalğı alətləri ilə şənlik təşkil edib. Açılışa Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Mehmet Əli Tələtin BMT və Avropa Birliyi ilə üzrə xüsusi nümayəndəsi özdil Nami və Kipr yunan respublikasının dövlət müşaviri Yorqo Yakov, BMT-nin Kipr məsələsi üzrə nümayəndəsi də qatılıb.[4]
Xarici keçidlər
redaktəMənbələr
redaktə- ↑ Lokmacı’da barış gitti geldi Arxivləşdirilib 2014-09-17 at the Wayback Machine (Türk dilində)
- ↑ APA [ölü keçid]
- ↑ Lokmacı Kapısı açıldı erişimtarihi Arxivləşdirilib 2012-03-11 at the Wayback Machine (Türk dilində)
- ↑ "Kiprdə 45 il bağlı qalan Lokmaçı qapısı gediş-gəliş üçün açılıb". 2011-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-01.
- ↑ Türklər və yunanlar dil tapır [ölü keçid]