Liu Bobo - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Liu Bobo (381 – 425, Hsia imperiyası) - Kubeyin nəslindən gələn hun qəbilə başçısı. 383-cü ildə atası əsl hakimiyyəti əlinə almağa başlamışdı. Lakin hələ də vassal idi. 391-ci ildə Bobonun qardaşı Liu Çilidi (Ulduz) Şimal Vey imperatoru Daovuya məğlub olmuşdu. Liu Çilidi əsir götürülmüş, Liu Veyçen isə öldürülmüşdü. Bobo əvvəlcə Hsueqan qəbiləsinə, ordan da Sianbi qəbiləsinə qaçdı.
Helian Bobo | |
---|---|
赫連勃勃 | |
Əvvəlki | Şi Çi/Yao Hsinq/Yao Honq/An |
Sonrakı | Helian Çanq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Monqolustan |
Vəfat tarixi | |
Vəfat yeri | Tonqvan, Çin |
Atası | Liu Veyçen |
Anası | Fu |
Həyat yoldaşları |
Mo Lianq |
Uşağı | Aşağıda |
Dini | Tenqriçilik |
İlk dövrləri
redaktəBundan sonra Hu Qin dövlətinin imperatoru Yao Hsinq tərəfindən general elan olundu. 407-ci ildə Hu Qin və Şimal Veyin sülh imzalaması Bobonu əsəbləşdirdi, çünki onlar atasını öldürmüşdü. Avar hökmdarı Şelun xaqanın Yao Hsinqə göndərdiyi atları oğurladı. Qaopinq şəhərini ələ keçirərək özünü müstəqil elan etdi. Yeni dövlətin adı Hsia qoyuldu. Beləliklə hunların üçüncü dövləti yaradıldı.
İmperatorluğu
redaktəBobo paytaxt qurmadı, o qədim hun ənənələrinə dayanaraq daim köçəri həyat yaşayırdı. 408-ci ilə Yao Hsinqin birinci ordusunu məğlub edən Bobo, 409-cu ildə Yaonun özünü az qala öldürəcəkdi. Müxtəlif döyüşlərdən sonra Bobo özünə paytaxt qurmaq qərarına gəldi. Məşhur memar Çiqan Aliyə bu işi tapşırdı. Şəhərin adı Tonqvan olacaqdı. O Çini birləşdirmək və "min" (tonq) "krallığın" (van) hökmdarı olmaq istəyirdi. O qalanı çox möhkəmlətdi. Belə ki, əgər ox düzəldən ustaların hazırladığı oxlar qalxanları deşə bilsəydi qalxan ustaları, deşə bilməsəydi ox ustaları öldürülürdü.
Beləliklə Çindəki ən güclü qalaya sahib olan Bobo yeni döyüşlərə hazır idi. Həmin il Bobo soyadını dəyişməyə qərar verdi, çünki o ana tərəfdən Xan sülaləsindən gəlirdi. Özünü Hun kimi düşünən Bobo özünə "Helian" soyadı götürdü. Əyanlarının soyadını "Tiefa"ya dəyişdirməsini tapşırdı. Tiefa dəmir kimi güclü və hücuma hazır demək idi. 414-cü ildə oğlunu vəliəhd elan etdi. 415-ci ildə digər Hun dövləti olan Şimal Lianq krallığı ilə müttəfiq olan Bobo hun qüvvələrini birləşdirməyi düşünürdü. 416-cı ildə Hu Qin dövlətinin qərb tərəfini fəth edən Bobo bu dövlətə son qoydu. 417-ci ildə oğlu Helian Qui və Helian Çanq Cin sülaləsi qüvvələrini məğlub edərək paytaxt Çanqan şəhərinə daxil oldu. Bobo imperator elan olundu. Helian Qui Çanqanın valisi oldu. Bobo çox vəhşi və əzazil olaraq yadda qaldı. Hamı ondan qorxurdu. Hələ səbəbi bilinməyən bir qərarla Bobo oğlu Quini vəliəhdlikdən çıxararaq yerinə Helian Lunu vəliəhd elan etdi. Qui buna əsəbləşərək Lunu öldürsə də, özü digər qardaşı Çanq tərəfindən öldürüldü. Atası Çanqa vəliəhdlik verdi. 425-ci ilin yayında Bobo öldü.
Ailəsi
redaktəÖvladları:
- Helian Qui
- Helian Yan
Hsia Vuliedi (夏武烈帝) | |
---|---|
Adı: | Liu Bobo (劉勃勃)
413-cü ildən sonra Helian Bobo (赫連勃勃) |
Yetkinlik adı: | Cuçie (屈孑) |
Məbəd adı: | Şiçu (世祖) |
Ölümdən sonrakı adı: | Vulidi (夏武烈帝)
Döyüşkən və qalib imperator |
Era adı: | Lonqşenq (龍升) 407-413
Fenqhisanq (鳳翔) 413-418 Çanqvu (昌武) 418-419 Çenhsinq (真興) 419-425 |
- Helian Çanq
- Helian Lun
- Helian Dinq
- Helian Man
- Helian An
- Helian Çuhsinq
- Helian Veyday
- Helian Şedan
- Helian Duluqu
- Helian Vuşiba
- Helian Tuqu