Litva Dil Institutu - Wikipedia
Litva Dil İnstitutu (lit. Lietuvių kalbos institutas) — Litvanın paytaxtı olan Vilnüs şəhərində yerləşən, dövlət tərəfindən dəstəklənən Litva dilinin araşdırmaları ilə məşğul olan qurum.
Litva Dil İnstitutu | |
---|---|
Lietuvių kalbos institutas | |
Ümumi məlumatlar | |
Ölkə | |
Digər məlumatlar | |
İşçi sayı |
|
Sayt | lki.lt |
Tarixi
redaktəİnstitutun mənşəyi 1930-cu ildə Litva dili lüğətinin yazılması ilə bağlıdır. 1939-cu ildə Antanas Smetona Kaunasda Litva Araşdırma İnstitutunun əsasını qoyub. İnstitutun məqsədləri arasında Litva dilini araşdırmaq, Litva dilində materialları yığmaq, onlara nəzarət etmək və Litva araşdırmalarını Litvada və xaricdə təmsil etmək var idi.[2]
1941-ci ilin yanvarın 16-da Litva SSR Elmlər Akademiyası təsis olunub. Bundan təxminən eyni vaxtda ona tabe olan Litva Dil İnstitutunun əsası qoyulub. Üçüncü Reyx işğalı zamanında da institut öz fəaliyyətini davam edirdi.[3]
II Dünya Müharibəsindən sonra institut 12 işçi ilə fəaliyyətini davam edirdi. 1952-ci ildə o, Litva Ədəbiyyat İnstitutu ilə biləşdirilib. Birləşdirilmiş institutun əvvəl 47, 1980-ci ildə isə 113 işçisi var idi. 1952-ci ildən bəri institutda doktorantura pilləsində təhsil verilməyə başladı. 1990-cı ildə institut bir müstəqil qurum kimi yenidən təsis olunub. Həmin ilin axırında institutun 95 işçisi, o cümlədən 63 araşdırmaçısı var idi. 1991-ci ildə o, dövlət araşdırma institutu statusunu əldə edib. Hazırda institutun 100 işçisi, o cümlədən 70 araşdırmaçısı var.[2]
Quruluşu
redaktəLitva Dil İnstitutunun yeddi şöbəsi var: Qrammatika şöbəsi, Leksikoqrafiya mərkəzi, Dil tarixi və dialektologiya şöbəsi, Sosiolinqvistika şöbəsi, Standart dil şöbəsi, Terminologiya şöbəsi və Onomastika şöbəsi.[4]
Fəaliyyəti
redaktə2006-cı ildə institut Avropa Terminologiya üçün Assosiasiyasının sponsorluğu ilə Milli Dillərin Terminologiyası və Qloballaşma adı altında beynəlxalq konfrans keçirib.[5]
İstinadlar
redaktə- ↑ http://rekvizitai.vz.lt/ru/company/lietuviu_kalbos_institutas/kolichestvo-sotrudnikov/.
- ↑ 1 2 "Institute of the Lithuanian language. History". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-26.
- ↑ "LITUANUS. LITHUANIAN QUARTERLY JOURNAL OF ARTS AND SCIENCES Volume 42, No.2 — Summer 1996. THE LITHUANIAN LANGUAGE — HOSTAGE OF FOREIGN POWERS : 1940–1991 by ARNOLDAS PIROČKINAS". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
- ↑ "Institute of the Lithuanian language. Departments". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.
- ↑ "Archived copy". 2007-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-01-20. European Association for Terminology