Litota - Wikipedia
Litota - Haqqında Məlumat
Litota — yunanca kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Litota mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır.
Ağzın kiçik bir püstədir. (Səməd Vurğun) Bu nümunədə gözəlin ağzı püstə şəklində təqdim edilməklə kiçidilib litota yaradılır. Və ya: Qoşa badam sığmaz dar ağızlım ("Dədə Qorqud"dan).
Başqa bir misal:
- Döydü yağış məni, döydü qar məni,
- Bir qarışqa minsəm, aparar məni. (Osman Sarıvəlli)
Ədəbiyyat
redaktə- "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012. səh.648