Lissotriton Vulgaris Kosswigi - Wikipedia
Adi triton (lat. Lissotriton vulgaris), (Salamandridae) — fəsiləsinin (Caudata) dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir, sayı azalmaqda olan növdür.
Adi triton | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Adi triton |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qısa təsviri
redaktəBədənin uzunluğu 110 mm-ə (adətən 80 mm-ə yaxın) çatır. Dərisi hamar və ya xırda ziyillidir. Bədənin bel hissəsinin rəngi zeytuni-qonur, qarınaltı hissə isə sarımtıl olub, xırda tutqun xallara malikdir. Başında olan tünd uzununa zolaqlardan biri gözlərindən keçir və yaxşı nəzərə çarpır. Çoxalma dövründə erkəklərin rəngi daha parlaq olur və peysərdən quyruğunun ucuna qədər daraq əmələ gəlir. Adətən bu hissədə narıncı haşiyəsi və parlaq rəngli göy zolağı olur. Bu üzgəcvari qırış quyruğun əsasında kəsilmir.[2]
Yayılması
redaktəAzərbaycanda Triturus vulgaris lantzi (Wolt.,1914) yarımnövü yaşayır. Respublikanın cənub-şərqində – Lənkəran rayonunda yayılmışdır.
Yaşayış yeri və Həyat tərzi
redaktəEnliyarpaqlı (Hirkan) meşələrində su hövzələrinin ətrafında yaşayır. Yer dəyişməyən oturaq növdür. İri açıq sahələrdən çəkinir. Yazda yaxınlıqda olan xırda şirin su hövzələrinə gedir. Vaxtının əsas hissəsini quruda keçirir, gündüz yıxılmış ağacların qabığı altında, çürük kötüklərdə, daşların altında, meşə döşənəyində və kiçik heyvanların yuvalarında gizlənir. Su hövzələrində bütün gün ərzində fəal olur. Martın sonu - apreldə hava 8 – 10 °C, suda 4 – 7 °C temperatur olanda su hövzələrinə tərəf gedir.[3] Burada tritonlar nikah bəzəyinə düşürlər və 5 - 9 gündən sonra çoxalmağa başlayırlar. Mayalanmadan əvvəl nikah oyunları baş verir və dişi fərdlər sualtı əşyalara və ya suyun dibinə 60 - 700 yumurta qoyur. 14 - 20 gündən sonra sürfələr çıxırlar. Metamorfoz iyundan sentyabra qədər uzanır. Kiçik qruplar halında quruda, xırda heyvan yuvalarında, yarpaq topalarında, zirzəmilərdə və anbarlarda qışlayır. Qışlamaya adətən oktyabrın sonunda gedir. Suda ikiqanadlılarla və onların sürfələrilə, xırda xərçəngkimilərlə, molyusklarla və suda yaşayan xırda onurğasızlarla qidalanır. Quruda soxulcanları, hörümçəkləri, çoxayaqlıları, xırda böcəkləri, kəpənək tırtıllarını və s. yeyir. Düşmənləri bəzi balıqlar, su ilanları, tısbağalar və quşlardır (leylək, vağ və s.). Təbiətdə ömrünün uzunluğu orta hesabla 28 ilə qədərdir. 3 yaşında cinsi yetkinliyə çatır.
Sayı
redaktə1974-cü ilə qədər tək-tək fərdləri tapılırdı. 1974-cü ildə Lənkəranda İstisu ətrafında yerləşən kiçik su mənbələrində həmin yarımnövdən 30-a qədər aşkar edilmişdir.
Sayının dəyişilmə səbəbləri
redaktəKiçik su mənbələrinin və bataqlıqların qurudulması, eləcə də çəltik əkilən sahələrin azaldılmasıdır.
Qorunması üçün zəruri tədbirlər
redaktəÇoxalma dövründə Lənkəran rayonundakı triton olan xırda su mənbələrini qorumaq.
Sinonimi
redaktəTriturus vulgaris
Yarımnövləri
redaktəLissotriton vulgaris ampelensis
Lissotriton vulgaris graecus
Lissotriton vulgaris kosswigi
Lissotriton vulgaris lantzi
Lissotriton vulgaris meridionalis
Lissotriton vulgaris schmidtlerorum
Lissotriton vulgaris vulgaris
Ədəbiyyat
redaktə- Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
- Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: Elm, 2004, s. 169 - 170;
- Велиева З.Д. Экология хвостатых земноводных (Amphibia) юго-востока Азербайджана. – Уч. Зап. АГУ им. С.М.Кирова, сер. биол. наук, 1974, №2, с. 67 - 68;
- Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Баку: Элм, 1978, с. 15 - 16;
- Ананьева Н.Б., Боркин Л.Я., Даревский И.С., Орлов Н.Л.. Земноводные и пресмыкающиеся. Энциклопедия природы России. М.: ABF, 1998, с. 45 – 48. 7.sevin.ru
- ↑ Integrated Taxonomic Information System (ing.). 2009.
- ↑ Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
- ↑ Велиева З.Д. Экология хвостатых земноводных (Amphibia) юго-востока Азербайджана. – Уч. Зап. АГУ им. С.М.Кирова, сер. биол. наук, 1974, №2, с. 67 - 68;