Lipka Tatarlari - Wikipedia
Lipka tatarları yaxud Litva tatarları, həmçinin Lexistanlı tatarlar, Lipkovie, Lipcani və ya Müslimilər — Polşa ərazisində yaşayan tatarlar. 6 əsrlik dövr ərzində hal-hazırkı Polşa, Litva və Belarusun sərhədləri daxilində yaşayan özünəməxsus adətlərə və həyat tərzinə sahib cəmiyyət. Tatarların ilk olaraq Avropa torpaqlarına köç etmələri Qızıl Ordu dövlətindəki qarışıqlıqlardan sonrakı dövrə təsadüf etməkdədir.
| |||||||||
Ümumi sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
10.000-15.000 | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dini | |||||||||
Çoxluq: Sünni İslam |
Qızıl Ordu dövlətində yaşanan daxili çəkişmələr əticəsində tatarların çoxu Şərqi Avropa torpaqlarına köç edərək ilk yaşayış məskənlərini qurmuşdular.[5] Qızı Ordu dövlətində yaşanan daxili çəkişmə nəticəsində Qızıl Ordunun dağılması ərəfəsində tatarlar 1392-1430-cu illər arasında Litva hersoqluğu tərəfindən Vilnus yaxınlarına məskun edilmişdirlər.[6] XIV əsrin əvvəllərində Litvaya yerləşən tatar icmasının ilk üzvləri şamanist dinlərini qorumağa çalışmış v xristian olmayan litvalılar arasında mühacir olaraq yaşamışdırlar.[7] XIV əsrin sonlarına doğru başqa tara köçü də yaşanmış, bu dəfə müsəlmanlar Vytautas tərəfindən Litvaya dəvət edilmişdirlərş Bu tatarlar Vilnus, Trakay, Qrodno və Kaunas çevrəsinə yerləşdirilmiş və sonrasında Reç Pospolitanın bir hissəsi olacaq Böyük Hesoqluğun digər bölgələrinə də yayılmışdırlar. XIV əsrdə başlayan tatar köçləri XVII əsrə qədər durmadan davam etmişdir.[8][9] XVI əsrdən etibarən ana dillərini itirməyə başlamış olan Lipka tatarları belorusca, litvaca və polyakcanı mənimsəmişdirlər.[9][10]
Belorusiya, Litva və Polşada azınlıq halında yaşamaqda olan Lipka tatarları ABŞ-də da bır sıra yerlərdə yaşamaqdadırlar. Bohoniki, Kruszniany və Malavicze Qorne kəndləri Polşadakı Lipka tatarlarına aiddir.
Tatarlar
redaktəFərqli zamanlarda və icmalarda dəyişik mənalarda istifadə olunan tatar adı tatar etnik kimliyinin mübahisəli olmasına səbəb olmuşdur. Orxon yazılarında türk olmayan cəmiyyətləri adlandırmaq üçün istifadə olunan tatar adı, ruslar tərəfindən isə Rusiyanın Avropa qismində yaşayan müsəlman-türk xalqları üçün istifadə edilmişdir.[11] Eyni şəkildə moğol qaynaqları isə tatar moğollar içərisində yaşayan moğol qəbiləsini ifadə etməkdədir. Çinlilər isə Çingiz xan dövründən əvvəl moğolca danışan köçəri bütün xalqlara "tara" adını vermişdirlər.[12][13] tatar adl ilk dəfə tatır formasında ifadə edilmiş və tarix boyunca fərqli anlamlarda istifadə edilmişdir. İlya Nikolayeviç Berezinə görə, çəkən, uzadan, Rifkat Əhmədyanova görə hökmdarlar hökmdarı, Şarevə görə dağ keşişi, Avropa cəmiyyətləri tərəfindən "yağmaçı moğol" və qədim yunan mifologiyasında cəhənnəm anlamına gələn tartarus sözündən törəyərək "barbar xalq" mənalarında işlədilmişdir.[12][14][15] Fərqli cəmiyyətlər tarix baxımından iç-içə keçməsi nəticəsində tatar kimliyi haqqında fərqli düşüncələr ortaya atılmışdır.[16] Bu düşüncələrdən birincisi türkologiya sahəsində araşdırmalar aparmış Smirnov, Qimadi, Kalinin kimi şəxslərin ortaya atdığı düşüncədir. Bu düşüncəyə görə tatar kimliyinin əslində bulqarları ifadə etdiyi və Qızıl Ordu, Kazan xanlığı, rus hakimiyyəti dövrlərində tatar kimliyinin çöx böyük dəyişikliklərə məruz qalmadığı yönündədir.[14] Ancaq Zəki Vəlifi Toğan, Smolin, Aşmarin kimi şəxslərin düşüncələrinə görə Kazan tatarlarının xronologiyasında Volqa bulqarlarının çox böyük əhəmiyyəti olmadığı yönündədir.[14] Bu düşüncəyə görə, Qızıl Ordu dövründə Volqa bulqarları zamanla yox olmuş və tatar mədəni kimliyi zənginləşmişdir. Yaşanan moğol işğalı nəticəsində Kama çayı həndəvərində Qıpçaq boyları ilə iç-içə girən bulqarlar zamanla əriyib yox olarkən, türn əhalisində artım yaşanmış və zamanla Qızıl Ordu dövlətinin aristokratiyasını formalaşdıran moğollar belə türkləşməyə başlamışdır.[17]
Yaşanan bu türkləşmə ilk dəfə Çingiz xan dövründə başlamışdır. bu dövrdə Çingiz xan sözügedən axınları ilə türkləri öz ölkəsimə qatarkən, irəlidəki dövrlərdə bir qisim türk boyları öz istəkləri ilə Çingiz xana qatılmışdır. Bu qatılımlar nəticəsində moğol imperiyasında gözlə görüləcək şəkildə türk əhalisinndə artım yaşatmışdır.[18] Buna görə, Monqol imperiyası parçalandığı zaman ardından bir çox türk dövləti qurulmuşdur. Tatarlar türklər ilə moğolların kəsişdiyi nöqtə kimi görüldüyü üçün tatar kökəni haqqında bu tərz mübahisələr yaşanmışdır.[19] Günümüzdə belə ərəb tarixşünaslar moğol yerinə tatar adını istifadə etməkdədirlər. XIX əsrdə millətçilik axınının artım göstərməsi ilə bərabər, tatar etnik kimliyinin yaradılmasına çalışılmış və bu işlər nəticəsində tatarların mədəniyyət və tarix birliyi formalaşmağa başlamışdır.[20] bu formalaşma müddətində İsmayıl Qaspiralı, Hadi Atlasi, Şəhabətdin Mərcani, Ayas İshaki kimi adların böyük ölçüdə təsiri görülmüşdür. Beləliklə, Volqa boylarına "tatar" deyilməsinin əsl səbəbi bu yeni formalaşmaqda olan etnik struktur içərisində rusların Qızıl Ordu dövlətindən sonra bölgədə yer almaqda olan bütün xalqa tatar deməsindən qaynaqlanmışdır. Bulqar-Tatar qarışığı isə günümüzdəki moğol tatarları, Orda tatarları, Krım tatarlarından fərqlidir. Bu tatarlar Polşa, Litva, Belorusiya tatarlarını tək bir millət olaraq araya gətirməkdədir.[21] Lipka tatarları XV əsrin birinci yarısında Böyük Litva knyazlığının tərkibində Yağolday və Mənsur knyazlığını qurmuşdular. Hər iki knyazlıq Böyük Litva dövlətininj vassalı idi.
Lipka Tatarları
redaktəQarışıq və qeyri-müəyyən bir tarixə sahib olan tatarların bu gün ən çox tanınanları Kazan və Krım tatarlarıdır. Bu iki tatar icması bu gün Rusiya Federasiyasında yaşayır. Halbuki tatarlar yalnız Kazan və Krım tatarlarından ibarət deyildir dünyanın bir çox yerində tatarlar deyilən cəmiyyətləri görə bilərik. Bunlardan biri Qızıl Orda dövlətinin dağılmasından sonra İdil-Ural sərhədlərinə köç edən Şərqi Avropa torpaqlarında məskunlaşan Lipka tatarlarıdır. Şərqi Avropa torpaqlarında yaşayan Lipka tatarları öz mədəni və dini xüsusiyyətlərinə malik bir tatar qrupudur. Bundan əlavə, Lipka tatarları Şərqi Avropadakı fərqli icmalarla münasibətləri nəticəsində dil və mədəni dəyişikliklər içində yaşadılar. Qızıl Orda dövlətindəki daxili qarışıqlıq səbəbi ilə tatarlar 1392-1430-cu illər arasında Litva şahzadəsi tərəfindən Vilnüs yaxınlığına yerləşdirilmişdir.[22] Krım xanlığı ilə Litva knyazlığı arasındakı müharibələr nəticəsində əsir alınan tatarlarla bölgədəki tatar əhalisi xeyli artdı.[23] Tarixi proses zamanı Şərqi Avropada bir sıra sərhəd dəyişiklikləri baş verdi və nəticədə bölgədəki tatarlar artıq üç fərqli ölkənin - Polşa, Litva və Belarusiyanın sərhədlərində yerləşdilər. Bu səbəbdən tədqiqatçılar Şərqi Avropa coğrafiyasındakı tatarları "Polşa-Litva tatarları", "Polşa tatarları", "Litva tatarları", "Polşa, Litva və Belarusiya müsəlmanları" adlandırırlar. Fərqli adlar olsa da, ümumi ad "Polşa-Litva tatarları" və ya "Litva-Polşa tatarları" idi. Bu nümunələri nəzərə alsaq, "Tatar" adı sağ qalmışdır. Məlumdur ki, bu adlardan başqa "Lipka tatarları" da deyilir, baxmayaraq ki, çox nadirdir.
Lipka tatarlarına aid məscidlər
redaktə-
Belarusiyanın Lwye şəhərindəki Tatar məscidi
-
Navahrudak Tatar məscidi, Belarusiya
-
Litvadakı Tatar məscidi
-
Polşanın Bohoniki bölgəsindəki Tatar məscidi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Перепись-2009". pop-stat.mashke.org. 16 iyun 2020 tarixində arxivləşdirilib.
- ↑ "Ludnosc" (PDF). stat.gov.pl. 2018-07-26 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Population at the beginning of the year by ethnicity, statistical indicator and year". 2016-02-14 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Tatarzy w Polsce – naród, grupa etniczna czy "ludzie pogranicza" ?" (PDF). 2023-04-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-15.
- ↑ Andrzej Rykała. Ethno-Religious Heritage of Former Eastern Territories of the Polish-Lithuanian Commonwealth in Contemporary Poland. European Spatial Research and Policy. 2013. səh. 56.
- ↑ Ananiasz Zajaczkowski. Polonyada Türk Menşeli Etnik Unsurlar. 1962. səh. 557-565. ISBN 1015-2091.
- ↑ ir pasaulio paveldas/koranas "Lietuvos totoriai ir jų šventoji knyga - Koranas" (#bad_url). 29 oktyabr 2007 tarixində arxivləşdirilib.
- ↑ "Emine Atmaca,uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi Sayı: 2/4 2013 s. 147-180" (PDF). 2020-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-16.
- ↑ 1 2 "Hüseyin Durgut, Motif Akademi Halkbilimi Dergisi, 2018, Cilt: 11, Sayı: 21, 105-114". 2020-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
- ↑ Harvard Encyclopedia of American Ethnic Groups, "Polish or Lithuanian Tartars", Harvard University Press, pg. 990
- ↑ Shirin Akiner. İslamic Peoples of the Soviet Union. London. səh. 55. ISBN 9781299854710.
- ↑ 1 2 Faruk Sümer. "Tatarlar". islamansiklopedisi.org.tr. 2020-06-14 tarixində arxivləşdirilib.
- ↑ Ahmet Caferoğlu. Türk Kavimleri, İstanbul. 1988. səh. 73. ISBN 9757658049.
- ↑ 1 2 3 Kürşat Yıldırım. Tatar Adının Kökeni Üzerine. ISBN 0085-7432.
- ↑ Aleksej Suharev. Kazanskie Tatary. səh. 22. ISBN 978-5458163293.
- ↑ H.Ahmet Özdemir. Moğol İstilası Cengiz ve Hülagu Dönemleri. İstanbul. 2005. səh. 37. ISBN 9789753555920.
- ↑ Liaisan Şahin (2017): “” MUTAD, IV (1), . ISSN. Litvanya Büyük Dükalığı‟nda Müslüman Tatarlar: Geçmiş, Bugün ve Gelecek. 2017. səh. 299-311. ISBN 2148-6743.
- ↑ Muammer Gül. Doğu ve Güneydoğu Anadolu da Moğol Hakimiyeti. 2005. səh. 179. ISBN 9756480351.
- ↑ Cemile Şahin. XIII. Yüzyıldan Günümüze Eskişehir Yöresinde Tatarlar. Ankara. 2011. səh. 23.
- ↑ Akdes Nimet Kurat. IV-XVIII Yüzyıllarda Karadeniz’in Kuzeyindeki Türk Kavimleri ve Devletleri. Ankara. 2002. səh. 152-153. ISBN 9789751742629.
- ↑ Mirfatih Z. Zekiyev. Türklerin ve Tatarların Kökeni. 2006. səh. 230-231. ISBN 6054944231.
- ↑ Ananiasz Zajaczkowski. Polonya‟da Türk Menşeli Etnik Unsurlar. 1962. səh. 557. ISBN 1015-2091.
- ↑ Özkan, Nevzat. Kırım Tatar Türkçesinin Yayılma Alanları (PDF). 2008. səh. 537.
Xarici keçidlər
redaktə- Lipka tatarları (polyak dilindən tərcümə) (rus.)