Leqler - Wikipedia
Leqlər,[1] leklər[2] və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər.[3]
Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər".[4]
Toponimlər
redaktəİstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini,[5] Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar.[6]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Qədim Albaniyada yaşayan azsaylı xalqlar". 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
- ↑ "Albaniya tarixi" (PDF). 2023-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-19.
- ↑ Гаджиев М. Г, Давудов О. М, Шихсаидов А. Р. Институт истории, археологии и этнографии Дагестанского научного центра РАН (redaktor). История Дагестана с древнейших времен до конца XV в. (PDF). Махачкала: ДНЦ РАН. 1996. 125/450.
- ↑ К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании: IV в. до н. э.- VII в. н. э. — Академия Наук СССР, 1959
- ↑ "Azərbaycan toponimləri. Ensiklopedik lüğət, «Azərbaycan Ensiklopediyası», 2000, 588 s." 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
- ↑ Ихилов, 1967
Ədəbiyyat
redaktə- Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. — Махачкала: ДФ АН СССР, ИИЯЛ им. Г. Цадасы, 1967. — 370 с.
Əlavə ədəbiyyat
redaktə- Albania Caucasica: Сб. статей. — Вып. I (PDF). Институт востоковедения РАН. предисл., подгот. А.К. Аликберов, М.С. Гаджиев ; Российская акад. наук. Ин-т востоковедения. Дагестанский науч. центр. Ин-т истории, археологии и этнографии. 2015. ISBN 978-5-89282-642-6.
- Гаджиев, В. Г. Сочинение И. Гербера "Описание стран и народов между Астраханью и рекою Курой находящихся" как исторический источник по истории народов Кавказа. Наука. 1979.
- Х. Х. Рамазанов, А. Р. Шихсаидов. Очерки истории Южного Дагестана. Махачкала: Дагестанский филиал Академии наук СССР. 1964.
- Тревер К. В. К вопросу о культуре Кавказской Албании (доклад на XXV Международном конгрессе востоковедов. 1960. Arxiv surəti 12 iyun 2018 tarixindən Wayback Machine saytında