Leon Burjua - Wikipedia
Leon Viktor Oqyust Burjua (fr. Léon Victor Auguste Bourgeois; 29 may 1851[1][2][…] – 29 sentyabr 1925[1][2][…]) — Fransız dövlət xadimi və vəkili, 1920-ci il Nobel sülh mükafatı laureatı.
Leon Burjua | |
---|---|
Leon Viktor Oqyust Burjua | |
Fransanın 64-cü Baş naziri | |
1 noyabr 1895-ci il – 29 aprel 1896- cı il | |
Prezident | Feliks Fransua For |
Əvvəlki | Aleksandr Feliks Jozef Ribo |
Sonrakı | Feliks Melen |
14 yanvar 1920-ci il – 16 fevral 1923-cü il | |
Əvvəlki | Antonin Dubost |
Sonrakı | Qaston Dumer |
18 iyun 1902-ci il – 12 yanvar 1904-cü il | |
Əvvəlki | Pol Daşanel |
Sonrakı | Anri Brisson |
9 iyun 1904-ci il – 14 iyun 1904-cü il | |
Əvvəlki | Qaston Dumer |
Sonrakı | Rene Viviani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may 1851[1][2][…] |
Vəfat tarixi | 29 sentyabr 1925[1][2][…] (74 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, hakim, dövlət rəsmisi |
Vikianbarda əlaqəli mediafayllar |
İqtisadi bərabərlik, genişləndirilmiş təhsil imkanları və kooperativ həmrəylik ilə yanaşı mütərəqqi gəlir vergiləri və sosial sığorta sxemləri kimi mütərəqqi vergitutmanı, xarici siyasətdə isə güclü Millətlər Birliyi və məcburi arbitrajı, nəzarətdə olan silahsızlanma, iqtisadi sanksiyalar və bəlkə də beynəlxalq hərbi qüvvə yolu ilə barışı təbliğ edib.
Həyatı
redaktəParisdə anadan olan Burjua, hüquq təhsili alıb. İctimai işlər şöbəsinə tabe ofisdə (1876) çalışıb. Ardıcıl olaraq Tarn (1882) və Yuxarı Qaronnanın (1885) prefekti olan Leon Burjua Daxili İşlər Nazirliyində çalışmaq üçün Parisə qayıdıb. 1887-ci ilin noyabrında Jül Qreyvinin prezidentlikdən istefa verdiyi zaman Polis Prefekti olub. Növbəti ildə Ceorci Bulanjeyə rəqabəttə Marnaya millət vəkili seçilərək Palataya girərək, Radikal Solçulara qatılıb. 1888-ci ildə Şarl Floqenin nazirliyində Daxili İşlər üzrə müşavir olub. 1889-cu ildə onunla birlikdə istefa verdikdən sonra Reyms üçün palataya geri dönüb. Müvəffəq olan Piyer Tirar nazirliyində Daxili İşlər naziri və daha sonra, 18 mart 1890-cı ildə Şarl Luis de Freysin kabinetində İctimai İşlər nazir seçilib. Leon Burjua yəhudi idi.[3]
1892-ci ildə, Panama qalmaqalları ofisdə müəyyən çətinliklərə səbəb olanda Emile Loubet kabinetindəki yerini qoruyan Burjua, həmin ilin sonunda Aleksandr Ribot rəhbərliyində Ədliyyə naziri olub. Panama ittihamında fəal iştirak edən Burjua, daha çox dəlil toplamaq üçün müttəhimlərdən birinin arvadına haqsız təzyiq göstərməklə günahlandırılıb. İttihamı səbəbi ilə 1893-cü ilin martında istefa versə də, müəyyən müddət sonra yenidən vəzifəsini icra etməyə başlayıb.
1895-ci ilin noyabrında öz kabinetini qursa da, konstitusiya böhranı nəticəsində kabineti düşür.[4] O,tanınmış mason idi və kabinet üzvlərindən səkkizi mason idi.[5]
Haaqa Sülh Konvensiyasında ölkəsini təmsil edən Burjua, 1903-cü ildə daimi hakim heyəti üzvlüyünə namizəd göstərilib.
Xaricə tez-tez səyahət edərək Valdek-Russo və Komb nazirliklərinin siyasi mübarizələrindən bir qədər uzaq duran Burjua, 1902 və 1903-cü illərdə Palatanın prezidenti seçildi. 1905-ci ildə Odiffre Marna departamentinin senatoru, 1906-cı ilin mayında Sarrien kabinetində Xarici İşlər naziri oldu. 1899 və 1907-ci illərdə keçirilmiş hər iki Haaqa Konfransında nümayəndə heyətinin üzvü olub. Burjua da Paris Sülh Konfransında nümayəndə heyətində idi və Yaponiyanın İrqi Bərabərlik təklifini, "mübahisəsiz ədalət prinsipi"ni dəstəkləyib.[6]
Birinci Dünya müharibəsindən sonra Millətlər İttifaqı Şurasının prezidenti olan Leon Burjua 1920-ci ildəki fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görülüb.
Sosial respublikaçı Burjua, "solidarizm" adlandırdığı sosializmlə kapitalizm arasında ortaq zəmin axtarırdı. Zənginlərin yoxsullara borc vergisi ilə ödəməli olduqları sosial borcu olduğuna inanırdı, beləliklə, yoxsulluq yaşayan insanlar üçün sosial tədbirlərin maliyyələşdirilməsi üçün dövlətə lazımi gəliri təmin edir.
Zənginlərin yoxsullara borc vergisi ilə ödəməli olduqları sosial borcu olduğuna inanırdı, beləliklə, yoxsulluq yaşayan insanlar üçün sosial tədbirlərin maliyyələşdirilməsi üçün dövlətə lazımi gəliri təmin edir. Lakin Senat onun təklifinə qarşı çıxdı və baş nazirlikdən istefasına qədər qarşıdurma artdı.
Burjua Nazirliyi, 1 noyabr 1895 - 29 aprel 1896
redaktə- Leon Burjua – Şura sədri və Daxili İşlər naziri
- Marselen Bertlo – Xarici İşlər naziri
- Ejen Qodfrua Kavenyak – Hərbi nazir
- Pol Dumer – Maliyyə naziri
- Luis Ricard – Ədliyyə naziri
- Eduard Lokrua – Donanma naziri
- Emil Lui Komb – Xalq Maarif Naziri,İncəsənət naziri
- Albert Vayqr– Kənd Təsərrüfatı naziri
- Pyer Pol Qiss – Müstəmləkələr naziri
- Edmond Qyot Dessen – İctimai İşlər naziri
- Qustav Mezyurer – Ticarət, Sənaye, Poçt və Teleqraf naziri
Dəyişikliklər
- 28 mart 1896-cı ildə Burjua Xarici İşlər naziri olaraq Bertlonu əvəz edib. Ferdinand Sarrien Burjuadan sonra Daxili İşlər naziri vəzifəsini icra edib.
Fransa Milli Təbiət Tarixi Muzeyinə dəstək
redaktəBurjua Paris Təbiət Tarixi Muzeyi Dostları cəmiyyətinin qurucularından biri olub. 1907-1922-ci illərdə buranın ilk prezident olub.[7]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 senat.fr (fr.).
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "1920 – Leon Victor Auguste Bourgeois (1851–1925), French lawyer and politician, the "spiritual father" of the League of Nations and president of the Council of the League. | Nobel Peace Summit". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- ↑ Edward A. Tiryakian. For Durkheim: Essays in Historical and Cultural Sociology. Ashgate. 2009. səh. 93. ISBN 9780754671558. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- ↑ Jean-Marie Mayeur; Madeleine Rebirioux. The Third Republic from Its Origins to the Great War, 1871-1914. Cambridge U.P. 1988. səh. 164. ISBN 9780521358576. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-05.
- ↑ Conférence de paix de Paris, 1919–1920, Recueil des actes de la Conférence, "Secret," Partie 4, pp. 175–176. as cited in Paul Gordon Lauren (1988), Power And Prejudice: The Politics And Diplomacy of Racial Discrimination Westview Press ISBN 0-8133-0678-7 p.92
- ↑ Yves Laissus, "Cent ans d'histoire", 1907-2007 - Les Amis du Muséum, centennial special, September 2007, supplement to the quarterly publication Les Amis du Muséum national d'histoire naturelle, n° 230, June 2007, ISSN 1161-9104.
Xarici keçidlər
redaktə- Leon Viktor Oqyust Burjua haqqında on nobel-winners.com (ing.)
- Leon Burjua — bioqrafiya (rus.)