Layos Nad - Wikipedia
Layoş_Nad - Haqqında Məlumat
Layoş Nad (mac. Nagy Lajos; d. 5 fevral, 1883, Apoştak – d. 28 oktyabr 1954, Budapeşt) — macar yazıçı və jurnalist, Koşut mükafatı laureatı (1948), Macarıstan Kommunist Partiyasının üzvü (1945)
Layoş Nad | |
---|---|
mac. Nagy Lajos | |
| |
Doğum tarixi | |
Doğum yeri | Apoştak, |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Budapeşt |
Dəfn yeri | |
Milliyyəti | macar |
Fəaliyyəti | yazıçı, jurnalist, hekayə yazıçısı[d], romançı |
Fəaliyyət illəri | 1907-ci ildən |
Əsərlərinin dili | Macar dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLayoş Nad 5 fevral 1883-cü ildə Apoştakda anadan olub [1]. O, 28 oktyabr 1954-cü ildə Budapeşt şəhərində vəfat edib[1].
Yaradıcılığı
redaktəLayoş Nad yaradıcılığa burjua mühitini tənqid edən novellalarla başlamışdır. 1919-cu il proletar inqilabını rəğbətlə qarşılamışdır. 1920-1930-cu illərdə demokratik məzmunlu felyeton və hekayələr yazmışdır. "Kişkunxalom" (1934), "Üç macar şəhəri" (1935), "Kəndin maskası" (1937) sosial, "Üsyankar" (1949), "Qaçqın" (1954) avtobioqrafik romanları var [2].
Mükafatları
redaktə- Baumqarten mükafatı (1932, 1935 and 1938)
- Koşut mükafatı (1948)
İstinadlar
redaktə- ↑ 1 2 "Nagy Lajos". MAGYAR ÉLETRAJZI LEXIKON 1000–1990 (az.). mek.oszk.hu. 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-07.
- ↑ Wendy Bracewell. Orientations: An Anthology of East European Travel Writing, Ca. 1550-2000. Central European University Press. 2009. 251–252. ISBN 978-963-9776-10-4. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
Ədəbiyyat
redaktə- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.145-146
Vikianbarda Layoş Nad ilə əlaqəli mediafayllar var.