Lavrenti Kartvelisvili - Wikipedia
Lavrenti İosifoviç Kartvelişvili (gürc. ლავრენტი იოსების ძე ქართველიშვილი; 28 aprel 1890-cı il Tiflis quberniyası, Rusiya İmperiyası — 22 avqust 1938 Moskva, SSRİ) — gürcü əsilli Sovet dövlət və partiya xadimi, inqilabçı.
Lavrenti Kartvelişvili | |
---|---|
gürc. ლავრენტი იოსების ძე ქართველიშვილი | |
Əvvəlki | Samson Mamuliya |
Sonrakı | Lavrenti Beriya |
Əvvəlki | Filipp Maxaradze |
Sonrakı | Filipp Maxaradze |
Əvvəlki | Şalva Eliava |
Sonrakı | Filipp Maxaradze |
Əvvəlki | Sergey Berqavinov |
Sonrakı | İosif Vareykis Krım vilayət komitəsinin birinci katibi |
Əvvəlki | Boris Semyonov |
Sonrakı | Nikolay Şuçkin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İaneti kəndi, Tiflis quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri |
|
Partiya | Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası |
Təhsili | Kiyev Kommersiya İnstitutu |
Fəaliyyəti | dövlət xadimi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLavrenti Kartvelişvili 1890-cı il aprelin 28-də Tiflis quberniyasının İaneti kəndində kəndli ailəsində anadan olmuşdur. 1905-ci ildən inqilab hərəkatında iştirak edirdi. 1910-cu ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına qoşulmuşdur. 1911-ci ildə Kiyev Kommersiya İnstitutuna qəbul olundu və 1914-cü ildə oranı bitirdi. Oktyabr inqilabı dövründə Kiyevdə qalırdı. Ukraynada Sovet hakimiyyətinin qurlması uğrunda mübarizənin təşkilatçılarından biri idi. 1917–1918-ci illərdə Kiyev şəhər rayon komitəsinin partiyasının sədri olmuşdur.[1] 1918-ci ilin oktyabr və iyul aylarında Ukrayna KP (b) MK-nın üzvü olmuşdur. 1918-ci ilin noyabr — 1919-cu ilin aprel aylarında gizli Odessa vilayət və şəhər komitəsinin partiyalarının və inqilabi komitənin üzvü idi.[1] Gizli vilayət komitəsinin tapşırığı ilə o dövürdə Antanta qoşunları ilə məşğul olan Odessa bolşevik təşkilatının bütün nəşriyyat işinə rəhbərlik edirdi. Kartvelişvili vərəqələr, müraciətnamələr, qəzet nəşrini təmin edirdi, lazımi materialları tapırdı, həm də vərəqələr və məqalələr yazırdı.[2] 1923–1928-ci illərdə Gürcüstan KP (b) MK-nın birinci katibi, Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Zaqafqaziya diyar komitəsinin ikinci katibi, sonradan Gürcüstan Xalq Komissarları Sovetinin sədri təyin edildi.[1]
1931–1933-cü illərdə Qərbi Sibir, 1933–1936-cı illərdə isə Uzaq Şərq diyarı komitəsinin katibi olmuşdur, xüsusi Uzaq Şərq ordunun hərbi şurasının üzvü idi.[1] 28 dekabr 1936-cı ildən ÜKP-nin (b) Krım vilayət komitəsinin katibi idi.
Partiyanın 10–17-ci (12-cidən başqa) qurultaylarında nümayəndəlik etmişdir. 16-cı qurultayda MK üzvlüyünə namizəd seçilmişdir,[1] XVII qurultayda ÜKP MK-nın (b) üzvü seçilmişdir.[3]
1937-ci il iyunun 22-də həbs edilmişdir. Ona qarşı Pavel Postışov ifadə vermişdir.[4] 1937-ci il iyulun 20-də Zaqafqaziya partiya təşkilatına rəhbərlik edən Lavrenti Beriya Stalinə məktub göndərmişdir ki, Gürcüstanda aşkar edilən gizli sağcılar qrupunda Kartvelişvili də fəaliyyət göstərir.[5]
Vəfatı
redaktəSOV.İKP XX qurultayında Nikita Xruşşov Karvelişvillinin ölümünü Beriya ilə çoxdankı münaqişə ilə əlaqələndirirdi və buna sübüt kimi repressiya edilmiş bolşevik Aleksey Sneqovun məktubunu göstərirdi. Sneqov iddia edirdi ki, 1931-ci ildə Moskvada Zaqafqaziya diyar komitəsinin rəhbərliyinin iclasında Stalin diyarın birinci katibi vəzifəsinə Karvelişvillini təklif edirdi, ikinci katib vəzifəsinə isə Beriyanı, Kartvelişvili Stalinə kəskin şəkildə etiraz etdi və Beriya ilə işləməkdən imtina elədi (bəzi versiyalara görə o, bu sözləri söylədi:""Mən bu şarlatanla işləmiyəcəm"[K 1]), bundan sonra onu tənqid edərək Zaqafqaziyadan kənarlaşdırdılar və partiya işlərini görmək üçün Sibirə yolladılar. 1937–1938-ci illərdə Beriyanın rəhbərliyi altında Karvelişvillinin bütün silahdaşları məhv edildilər, onun özünü isə Beriyaya qarşı terror aktı hazırlamaqda ittiham etdilər.[6] Bir sıra müəlliflər iddia edir ki, Karvelişvillinin Beriyanın Müsavat əks-kəşfiyyat xidməti haqqında xəbəri var idi və həmçinin də o, bilirdi ki, Beriya öz düşmənlərini tez aradan qaldırmağa meyillidi, məhz bu səbəblər də onun Beriyaya qarşı demarşın motivi olmuşdur.[7] Lakin bəzi faktlar Kartvelişvili Beriya ilə münaqişənin qurbanı olduğunu inkar edir,[8] üstəlik Beriya Müsavat əks-kəşfiyyatı ilə əməkdaşlığını heç vaxt gizlətmirdi.[9]
Lavrenti Kartvelişvili "Trotskizmə qarşı şəfqət", Almaniya, Yaponiya, İngiltərə və digər xarici dövlətlərin xeyrinə casusluq, Sovet hakimiyyətinin devrilməsinə yönəlmiş qətlшт təşkili və Stalin, Nikolay Yejov və digər dövlət rəhbərlərinin sui-qəsdlərinin təşkilində ittiham olunmuşdur.
Kartvelişvili 22 avqust 1938-ci il SSRİ Ali məhkəməsi Hərbi kollegiyasının ona ölüm hökmünün çıxarıldığı gün Kommunarka poliqonunda güllələnmişdir.[10] 1956-cı ilin fevralında tam bəraət verilmişdir və partiyada yeri bərpa edilmişdir.[3]
Xatirəsi
redaktə1967–2015-ci illərdə Kiyevdə indiki Vladimir Pokotilo küçəsi Kartvelişvili adını daşıyırdı.
Şərhlər
redaktə- ↑ Bu əfsanənin mənbəyi dəqiq məlum deyil. Hazırda demək olar ki, ilk dəfə bu replika 1987-ci ildə Anatoli Rıbakovun "Arbatın uşaqları" romanında dərc olunmuşdur.</ref>
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Картвелишвили Лаврентий Иосифович Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine. — Большая советская энциклопедия. — Советская энциклопедия. — Т. 11.
- ↑ В. Коновалов. БОЛЬШЕВИСТСКАЯ ПОДПОЛЬНАЯ ТИПОГРАФИЯ Arxivləşdirilib 2013-06-19 at the Wayback Machine (рус.). ОДЕССКИЕ КАТАКОМБЫ (09.11.2009).
- ↑ 1 2 Известия ЦК КПСС — 1989 — № 12 — С.93.
- ↑ Реабилитация: Как это было. Документы Президиума ЦК КПСС и другие материалы. В 3-х томах. Том 1. Март 1953 — февраль 1956. / М.: МФД, 2000 — С.219.
- ↑ Сталин и Главное управление госбезопасности НКВД. 1937–1938. / М.: МФД, 2004, — С.252. (док. No 142)
- ↑ Хрущёв Н. С. О культе личности… // Известия ЦК КПСС — 1989 — № 3 — С. 156.
- ↑ Tорчинов В. А., Леонтюк А. М. Вокруг Сталина. Историко-биографический справочник. — Санкт-Петербург, 2000.
- ↑ Гровер Ферр. Khrushchev Lied: The Evidence That Every "Revelation" of Stalin’s (and Beria’s) "Crimes" in Nikita Khrushchev’s Infamous "Secret Speech" to the 20th Party Congress of the Communist Party of the Soviet Union on February 25, 1956, is Probably False.. Дело Картвелишвили-Лаврентьева Arxivləşdirilib avqust 26, 2014, at the Wayback Machine. X-LIBRI МАЙОРА ТОМАСА. 30 iyun 2012-ci il.
- ↑ Станислав ТАРАСОВ, Дмитрий ЕРМОЛАЕВ. под псевдонимом "лакербая" Arxivləşdirilib 2011-01-02 at the Wayback Machine (рус.), РОССИЙСКИЕ ВЕСТИ (28 января — 4 февраля 2009).
- ↑ Лаврентьев Лаврентий Иосифович. Arxivləşdirilib 2013-04-16 at Archive.today (rusca). Книга Памяти Жертв Коммунистического Террора (2008–2009). 30 iyun 2012-ci il.