Laura Poldvere - Wikipedia
Laura Pıldvere (est. Laura Põldvere; d. 30 avqust 1988, Tartu, Estoniya) — Estoniya müğənnisi. O Estoniyanı Suntribe qrupunun üzvü kimi 2005 Avroviziya Mahnı Müsabiqəsində və Koyt Toome ilə birlikdə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Laura Pıldvere | |
---|---|
est. Laura Põldvere | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Laura Pıldvere est. Laura Põldvere |
Ləqəbləri | Laura, Laura Remmel |
Doğum tarixi | |
Doğum yeri | Tartu, Estoniya |
Vətəndaşlığı | Estoniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2005–h.h. |
Janr | |
Albom şirkəti | Moonwalk |
Əlaqələri |
Suntribe Carrot Lights Koyt Toome |
Təhsili |
|
lauraofficial.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLaura Pıldvere 30 avqust 1988-ci ildə Estoniyanın Tartu şəhərində anadan olub. Laura 2014-cü ildə Eston musiqiçi Coel-Rasmus Remmel ilə ailə həyatı qurmuş və 2016-cı ildə cütlük ayrılmışdır.
Musiqi karyerası
redaktəLauranın musiqi karyerası 2005-ci ildə Estoniyanın ERR telekanalının Avroviziya üçün təşkil etdiyi milli seçim turu Eurolaul 2005-də iştirakı ilə başlamışdır. Milli seçim turunda Laura ifa etdiyi "Moonwalk" mahnısı ilə ikinci yeri tutsa da, o yarışmanın qalibi "Suntribe" qrupunun üzvü olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2005-də Estoniyanı təmsil etmək hüququ qazanmışdır. İfa etdikləri "Let's Get Loud" adlı mahnı ilə müsabiqənin yarımfinal mərhələsində 20-ci yerdə qərarlaşan qrup final mərhələsinə adlaya bilməmişdir.
Laura eyni zamanda "Sunflowers" mahnısı ilə 2007-ci ildə Estoniyanın Avroviziya üçün seçim turunda iştirak etmiş və nəticədə üçüncü yeri tutaraq, məğlub olmuşdur. Həmin ilin sentyabr ayında Lauranın Muusa adlı debüt albomu işıq üzü görmüşdür. Daha sonra ifaçı ABŞ-nin Boston şəhərində yerləşən Berkli musiqi kollecində təhsil almağa başlamış və bir müddət musiqi karyerasına fasilə verməli olmuşdur.
2009-cu ildə Laura yenidən ölkəsini Avroviziyada təmsil edə bilmək məqsədi ilə Estoniyanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. İfa etdiyi "Destiny" mahnısı yarışmada üçüncü yeri tutaraq, məğlub olmuşdur. Həmin ildə ifaçının Ultra adlı ikinci studiya albomu işıq üzü görmüşdür.
2011-ci ildə Lauranın Sädemeid taevast adlı yığma albomu pərəstişkarlarına təqdim edilmişdir. Albomda müğənninin 2005-ci ildən 2011-ci ilədək ifa etdiyi bütün mahnılar yer almışdır.
O 2016-cı ildə bir daha Estoniyanı Avroviziyada təmsil edə bilmək üçün "Supersonic" mahnısı ilə Estoniyanın milli seçim turunda iştirak etmiş və nəticədə ikinci yeri tutaraq, növbəti dəfə məğlubiyyətə uğramışdır.
2017-ci ildə Laura Pıldvere Estoniyanın ERR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi Eesti Laul 2017 müsabiqəsində Koyt Toome ilə birlikdə duet şəklində ifa etdiyi "Verona" mahnısı ilə qələbə qazanmışdır. Beləliklə Laura və Koyt həmin mahnı ilə Estoniyanı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır[1]. Onlar 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 17-ci nömrə altında səhnə almışdırlar. Nəticədə isə duet yarımfinalda 85 xalla 14-cü yeri tutaraq, finala adlaya bilməmişdir.
Diskoqrafiya
redaktəAlbomlar
redaktəAlbom adı | İl |
---|---|
Muusa | 2007 |
Ultra | 2009 |
Sädemeid taevast | 2011 |
Sinqllar
redaktəMahnı adı | İl |
---|---|
"Moonwalk" | 2005 |
"Sunflowers" | 2007 |
"Muusa" | |
"581C" | 2008 |
"Lihtsad asjad" (feat. Raivo Tafenau) | |
"Destiny" | 2009 |
"Pühakud" | |
"Ultra" | |
"Südasuve Rohtunud Teed" | 2010 |
"Võid Kindel Olla" | |
"Kustuta Kuuvalgus" | 2011 |
"2020" | |
"Sädemeid Taevast" | 2012 |
"Supersonic" | 2016 |
"94-95" | |
"Verona" (Koyt Toome ilə duet) |
2017 |
"Verona" (Koyt Toome ilə duet) (İtalyanca) | |
"Waterfall" | 2017 |
İstinadlar
redaktə- ↑ "Koit Toome and Laura to bring Verona to Kyiv!". eurovision.tv. Avropa Yayım İttifaqı. 4 mart 2017. 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-06.
Əvvəlki: Yüri Putsman "Play" |
Estoniya Avroviziya Mahnı Müsabiqəsində 2017 |
Sonrakı: Elina Neçayeva "La Forza" |