Lamnokimiler - Wikipedia
Lamnokimilər (lat. Lamniformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi.
Lamnokimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Sinif: Dəstəüstü: Dəstə: Lamnokimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Lamnokimilərin nümayəndələri böyük okean akulaları olub, torpedoşəkilli formaya malikdirlər. İkanlı axça olmayan bir anal və iki kürək üzgəclərinə malikdirlər. Tipik olan dəniz tülküsünün, siyənək akulanın, mavi-göy akulaların, adamyeyən və ya "ağ ölüm" akulanın və dinc akulanın uzunluğu 2,5 m-dən 7m-ə qədər çatır. Bunlar əsasən balıqlar (siyənək, sardin, qızılbalıq və s.) və su quşları ilə qidalanır. Mavi-göy akulanın mədəsindən çıxarılmış 360 kq yemin 67 kq-ı bir qılınc balığı olmuşdur. "Ağ ölüm" akula uzunluğu 2–2,5 molan balığı bütöv uda bilir. Bu akula insan üçün ən təhlükəlidir. Lamnokimilərin nümayəndələri isti və mülayim iqlim sularında yaşayırlar. Onların əksəriyyəti insan üçün təhlükəlidir.
Təsnifatı
redaktə- Cretoxyrhinidae fəsiləsi (nəsli kəsilib)
- Siyənək akulalar (Lamnidae) fəsiləsi
- Tülkü akulalar (Alopiidae) fəsiləsi
- Nəhəng akulalar (Certorhinidae)? fəsiləsi
- Yalançı sahil akulaları (Pseudocarcharidae)? fəsiləsi
- Sahil akulaları (Odontaspididae) fəsiləsi
- İriağız akulalar (Megachasmidae) fəsiləsi
- Əcaib akulalar (Mitsukurinidae)? fəsiləsi
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7