Lamet Xalq - Wikipedia
Lamet_(xalq) - Haqqında Məlumat
Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər.
Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır.
Din
redaktəLametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir.
Əsas məşğuliyyətləri
redaktəLametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar.
Mənbə
redaktə- * Чеснов Я. В. Ламет // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999.
Xarici keçid
redaktə- Lametlər.Ethnologue: Languages of the World, 15th edition. SIL International.