Lamara Ckoniya - Wikipedia
Lamara Çkoniya (gürc. ლამარა გრიგოლის ასული ჭყონია; 27 dekabr 1930[1], Batum[1] – 14 mart 2024[2], Tbilisi) — gürcüəsilli opera və kamera müğənnisi, pedaqoq, SSRİ xalq artisti (1976).
Lamara Çkoniya | |
---|---|
gürc. ლამარა გრიგოლის ასული ჭყონია | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1930[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 mart 2024[2] (93 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu, siyasətçi |
Fəaliyyət illəri | 1975–2024 |
Janr | opera |
Səs tembri | soprano |
Təhsili |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Boqrafiya
redaktəLamara Çkoniya 27 dekabr 1930-cu ildə indiki Gürcüstanın Batumi şəhərində anadan olmuşdur.
1956-cı ildə Vano Saracaşvili adına Tiflis dövlət konservatoriyasını bitirir. O, Q. M. Qoqiçadzenin sinfində dərs alır[3].
1956–1960-cı illər və 1968-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının salisti olur. 1960–1968-ci illərdə isə Kiyev Dövlət Opera və Balet Teatrında çalışır. Dövlət Akademik Böyük Teatr, Mariin teatrının səhnəsində çıxış edir.
Konsert-ifa fəaliyyətinə rəhbərlik etmişdir. Onun kamera repertuarına rus, gürcü və xarici bəstəkarların təxminən 400 əsəri daxildir.
Xarici ölkələrdə qastrol səfərlərində olmuşdur (Rumıniya, Bolqarıstan, Yaponiya, Çexoslovakiya, Finlandiya, İtaliya, Kanada, Portuqaliya, İspaniya, Almaniya, Macarıstan, Avstriya, isveçrə və b.).
1976-cı ildən Tiflis konservatoriyasında dərs deyib (1987-ci ildən professor)[4].
SSRİ Ali Sovetinin onuncu çağırış deputatı olub (1979–1984).
1996-cı ildən Lamara Çkoniya kiçik qızı, opera müğənnisi Eteri Lamorislə birlikdə Madriddə yaşayır. Böyük qızı Natela Nikoli də opera müğənnisidir[5].
Ad və mükafatıarı
redaktə- M. İ. Qlinkin adına Beynəlxalq vokalçıların müsabiqəsinin laureatı (3-cü mükafat, Moskva, 1960)
- Praqa Baharı Beynəlxalq Musiqi Festivalı vokal müsabiqəsinin laureatı (1960)
- Sofiyada keçirilən Beynəlxalq gənc opera müğənniləri müsabiqəsinin laureatı (3-cü mükafat, 1963)
- Tokioda keçirilən "Madam Butterfly" Beynəlxalq müsabiqəsinin laureatı.
- Ukrayna SSR əməkdar artisti (1963)[6]
- Gürrcüstan SSR xalq artisti (1970)
- SSRİ xalq artisti (1976)
- Ukrayna SSR xalq artisti[7]
- "Şərəf nişanı" ordeni (1974)
- Parıltı prezident ordeni (Gürcüstan, 2011)
- Çarişsa Tamara ordeni (Gürcüstan, 2011)[8]
- Böyük Şəhid Müqəddəs Barbara ordeni (2011)
- Onikiulduzlu Kredo ulduzu — (2011)
- "Cigno D'Oro" mükafatı (İtaliya, 2011)
Vokalları
redaktə- "Diasi" Zaxari Paliaşvili — Maro
- "Abesalom və Eteri]" Z. Paliaşvili — Eteri
- "Yevqeni Oneqin" P. İ. Çaykovski — Tatyana
- "İolanta" P. İ. Çaykovski — İolanta
- "Traviata" C. Verdi — Violetta
- "Madam Baterflay" C. Puççini — Çio-Çio-san
- "Çar gəlini" N. А. Rimski — Marfa
- "Sevilya bərbəri" C. Rossini — Rozina
- "Manon" J. Massne — Manon[9].
- "Riqoletto" C. Verdi — Cilda.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Чкония Ламара Григорьевна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Умерла народная артистка СССР Ламара Чкония.
- ↑ "ЧКОНИЯ в энциклопедии музыки". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ Чкония Ламара Григорьевна (1930) // Вокально-энциклопедический словарь
- ↑ "Чкония Ламара Григорьевна — Мегаэнциклопедия Кирилла и Мефодия — статья". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ "Народную артистку СССР Ламару Чкония наградили двенадцатилучевой звездой Кредо - Новости / ФРАЗА". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ "В Батуми отметят юбилей оперной певицы Ламары Чкония – Минкультуры | Культура | Новости-Грузия". 2012-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ "Грузинское сопрано Ламара Чкония награждена «Орденом Царицы Тамар» | Культура | Новости-Грузия>". 2014-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ "Чкония Ламара Григорьевна". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.