Labirint Qaciscisi Roman - Wikipedia
Labirint qaçışçısı, original adı "The Maze Runner" olan roman, amerikalı yazıçı Ceyms Daşner tərəfindən 2009-cu ildə yazılmış yeniyetmə romanıdır.
Labirint qaçışçısı | |
---|---|
ing. The Maze Runner isp. El corredor del laberinto | |
Müəllif | Ceyms Daşner |
Janrlar | elmi fantastika, Apokaliptika və postapokaliptika |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 2009 |
Əvvəlki | Labirint qaçışçısı: Ölüm əmri |
Sonrakı | Labirint qaçışçısı: Alov sınaqları (roman) |
Labirint qaçışçısı (ingiliscə The Maze Runner) Ceyms Daşnerin gənclik antiutopiyası janrında yazmış olduğu Labirint qaçışçısı kitab seriyasındakı ilk kitabıdır. Roman 2009-cu ilin oktyabrında Delacorte Press tərəfindən nəşr edilmişdir. Kitabın müvəffəqiyyət qazanmasından sonra seriyanın davamı olan iki kitab, Alov sınaqları (2010) və Ölümün Müalicəsi (2011) yazılmışdır. 2012-ci ilin avqustunda Ceyms Daşner həm də Öldürmək əmri (Total Threat) adlı prekvelini yazmışdır. 2014-cı ildə romanın süjet xətti əsasında film çəkilmişdir. Rusiyada kitabın 2013-cü ilin sonunda nəşr olunmasına baxmayaraq, bu nəşrdən əvvəl internetdə “Labirint qaçışçısı” romanının rus dilindəki həvəskar tərcüməsi yerləşdirilmişdi.