La Plata Seheri - Wikipedia
La Plata və ya La-Plata[2] (isp. La Plata) — Argentinada şəhər, Buenos-Ayres vilayətinin inzibati mərkəzi. La Plata çayının sahilində yerləşir.
Şəhər | |
La Plata şəhəri | |
---|---|
Ciudad de La Plata | |
34°56′ c. e. 57°57′ q. u.HGYO | |
Ölkə | |
Vilayət | Buenos-Ayres vilayəti |
Mer | Oskar Pablo Pruera |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 19 noyabr 1882 |
Əvvəlki adı | Syudad-Eva-Peron |
Sahəsi | 940 km² |
Mərkəzin hündürlüyü | 26 m |
Saat qurşağı | UTC−3 |
Əhalisi | |
Əhalisi | 643 133 nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +54 221 |
Poçt indeksi | B1900 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əsası rəsmi olaraq 19 noyabr 1882-ci ildə Dardo Roxa tərəfindən qoyulmuşdur. La Plata şəhərinin adı 1952 və 1955-ci illər aralığında Syudad-Eva-Peron olmuşdur.
Şəhər Argentina birinci diviziyasında çıxış edən iki vacib kluba ev sahibliyi edir: Estudiantes de La Plata və Gimnasiya Esqrima La Plata.
İqtisadiyyat
redaktəMaliyyə
redaktəLa Plata şəhərində 1960-cı ildə təsis edilmiş fond birjası fəaliyyət göstərir. Bu birja Argentina Fond Birjaları sisteminin üzvüdür.
La Platada ölkədə fəaliyyət göstərən bir çox bank təşkilatının filialı yerləşir.
Əhali
redaktəLa Plata şəhərinin əhalisinin sayı 1960-cı ildən bəri aşağıdakı templə dəyişmişdir:[3]
- 1960: 337,060[4]
- 1970: 391,247[4]
- 1980: 459,054[5]
- 1991: 521,759[5]
- 2001: 763,943[6]
- 2010: 799,523[7]
2001-ci ildə La Plata 763,943 nəfər əhalisi ilə Argentinada ən böyük altıncı aqlomerasiya olmuşdur.
Əhalisinin əksər hissəsi ispan və italyan əsilli şəxslərdən, həmçinin alman, ərəb, yəhudi və polyak milli azlıqlardan ibarətdir. Şəhərdə İspaniya və İtaliya konsulluqları ilə yanaşı, ərəblərə məxsus bir neçə cəmiyyət, institut və yəhudilərə məxsus kitabxana, məktəb, sinaqoq fəaliyyət göstərir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Авелјанеда // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 34.
- ↑ "Población" (PDF) (Spanish). 2011-09-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
- ↑ 1 2 INDEC. Censo nacional de población y vivienda 1980. Resultados provisionles por localidad censo 1980 y resultados definitivos censos 1970 y 1960. Serie A. 1981.
- ↑ 1 2 INDEC. Censo nacional de población y vivienda 1991. Resultados definitivos por localidad censos 1991 y 1980. Serie G nº1. 1995. ISBN 950-9888-80-X.
- ↑ "Provincia de Buenos Aires según localidad. Población censada en 1991 y población por sexo en 2001" (Spanish). INDEC. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
- ↑ "Provincia de Buenos Aires, partido La Plata. Población total por sexo e índice de masculinidad, según edad en años simples y grupos quinquenales de edad. Año 2010" (Spanish). INDEC. İstifadə tarixi: 6 sentyabr 2017.[ölü keçid]
Xarici keçidlər
redaktə- Şəhərin rəsmi saytı Arxivləşdirilib 2008-07-04 at the Wayback Machine
- Şəhərin interaktiv xəritəsi Arxivləşdirilib 2008-07-04 at the Wayback Machine