La Coka Nostra - Wikipedia
La Coka Nostra (qısaca LCN) — 2006-cı ildə Nyu-Yorkda qurulan ABŞ hip-hop qrupu.
La Coka Nostra | |
---|---|
Əsas məlumatlar | |
Üslub | hardkor-rep |
Fəaliyyət illəri | 2006—h.h. |
Ölkə | ABŞ |
Şəhər |
Nyu-York Los-Anceles Boston |
Dil |
ingiliscə ispanca |
Leybl |
Suburban Noize Records Uncle Howie Records |
Heyət |
Everlast DJ Lethal Danny Boy Ill Bill Slaine |
Keçmiş üzvlər | Big Left |
www.lacokanostra.com |
Haqqında
redaktəLa Coka Nostra 2005-ci ilin sonlarında heç bir albom yazmaq niyyətində olmadan yaranmışdır. Danny Boy sayəsində qrupa qatılan qrup üzvlərinin hər biri ayrı-ayrılıqda tanınan və sevilən hip-hop sənətçiləridir. House Of Pain qrupundan sonra video prodüserliyi və dəb işlərinə yönələn Danny Boy Bostonda Slaine ilə tanış oldu. Onun yazdıqlarını bəyənən Danny boy bir neçə mahnı yazımı üçün onu Los-Anceles-ə gətirdi. Nəticədə House Of Pain qrupunun köhnə üzvləri, İll Bill ilə Psycho Realm və Special Teamz qruplarının da qatılması ilə yeni bir qrup meydana gəldi.
2008-ci ilin sonlarına yaxın qrup Suburban Noize Records-la kontrakt imzaladı və 14 iyul 2009-cu il tarixində ilk albomunu çıxardı. Danny Boy e-mail vasitəsilə əlaqə qurub işləməyi rədd edib hər kəsin studiyada olmasını istədiyi üçün albomun ərsəyə gəlməsi uzun çəkdi. İll Bill və Everlast-ın solo albomları üzərində işləmələri və konsert turlarının olması da albomun gecikməsində əsas rol oynadı. "A Brand You Can Trust" 15 mahnıdan ibarət olub, politika, uşaq böyütmək, narkomaniya, ölüm və terrorizm kimi gerçək mövzularla əhatə olundu. Tanınmış hip-hop sənətçilərindən Snoop Dogg, Bun B, Sick Jacken, B-Real, Sen Dog, Immortal Technique, Big Left və Q-Unique alboma qonaq qismində qatıldı.
2 mart 2012-ci ildə Everlast qızının sağlıq problemlərinə görə qrupdan ayrıldı və sonrakı albomlarda çıxış etməyəcəyini açıqladı.
2011-ci ilin sonlarında "If I Tell You I Have To Kill You EP" albomunun ləğvindən sonra La Coka Nostra ikinci albomları olan "Masters of Dark Arts" üçün "Fat Beats Records" şirkəti ilə anlaşdı. Yeni albomun treklisti 4 may tarixində bəlli oldu. 31 iyul 2012-ci ildə albom "Fat Beat Records"-dan çıxdı. İlk alboma nisbətən daha qaranlıq və anderqrand alınan bu albom yeraltının nəhəngləri sayılan Jedi Mind Tricks, Heavy Metal Kings, Army of the Pharaohs qruplarını xatırladır. 14 mahnıdan ibarət olan albomun prodüserliyini DJ Lethal və İll Bill-dən başqa, DJ Premier, Sicknature, Statik Selektah və C-Lanse öhdəliyinə götürdü. Qonaq sənətçilər siyahısında Vinnie Paz, Big Left və Sean Price vardı.
Qrup üzvləri
redaktə- İll Bill (Non Phixion qrupunun köhnə üzvü, MC/Prodüser)
- Slaine (Special Teamz üzvü, MC)
- DJ Lethal (House Of Pain qrupunun köhnə üzvü, indiki Limp Bizkit üzvü, MC/Prodüser)
- Danny Boy (House Of Pain üzvü, MC)
Diskoqrafiya
redaktəAlbom və EP-lər
redaktə- 2009 - 100% Pure Coka
- 2009 - A Brand You Can Trust
- 2012 - Masters of the Dark Arts
Mixtape albomları
redaktə- 2009 - The Height of Power
- 2009 - The Audacity of Coke
- 2012 - The Maple Leaf Massacre
Yığma albomları
redaktə- 2006 - The LCN LP
- 2007 - The LCN Familia
- 2009 - Brand Name Dope EP
- 2009 - The LCN Familia Volume 2
İştirak etdikləri albomlar
redaktə- 2006 - "Fuck Tony Montana" (DJ Mek Remix) (Big Left ilə birgə)
- 2006 - "Get Outta My Way" (DJ Mek Remix) (Cypress Hill qrupundan B-Real və Psycho Realm qrupundan Sick Jacken)
- 2006 - "This Is War" Big Left ilə birgə "Ill Bill: Ill Bill Is The Future Vol. 2"
- 2006 - "It's A Beautiful Thing" "Ill Bill: Ill Bill Is The Future Vol. 2"
- 2007 - "Where Hope Goes To Die" "Ill Bill: Black Metal"
- 2007 - "Soldiers Of Fortune" (prodüser: Sicknature) "Ill Bill: Black Metal"
- 2007 - "Get Outta My Way" Big Left ilə birgə "Ill Bill: Black Metal"
- 2009 - "Do It" (prodüser: DJ Solo) "Soul Assassins: Intermission"
- 2010 - "Skull & Guns" Slaine və Everlast ilə birgə (prodüser: DJ Muggs) Ill Bill "Kill Devil Hills"