Letif Film 1930 - Wikipedia
Lətif_(film,_1930) - Haqqında Məlumat
Lətif — 1930-cu ildə çəkilmiş Azərbaycan filmi.
Lətif | |
---|---|
Fayl:Lətif (film, 1930).jpg | |
Janr |
dram uşaq |
Rejissor | Mikayıl Mikayılov |
Ssenari müəllifi | Mikayıl Mikayılov |
Baş rollarda |
Lətif Səfərov — Lətif Ələsgər Ələkbərov — kolxoz sədri Həqiqət Rzayeva — ögey ana Mustafa Mərdanov — Ələsgər A.İ.Bəzirganov — Hacı Səməd |
Operator | İvan Tartakovski |
Bəstəkar | Salman Qəmbərov (2001) |
Rəssam | Aleksandr S. Qonçarski |
İstehsalçı | Azərkino |
İlk baxış tarixi | 1930 |
Filmin digər adı | Üz-üzə |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 49 dəq. |
Ölkə | SSRİ |
Dil | səssiz (titrlər ruscadır) |
İl | 1930 |
Texniki məlumatlar |
6 hissə 1384,7 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1394228 |
Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[1].
Məzmun
redaktəFilm Azərbaycan kəndlərində gedən kolxoz quruculuğuna və sosialist kəndinin adamlarına həsr olunmuşdur. Kollektiv təsərrüfatların yaradılması dövründə kəndlərin birində baş verən hadisələr zamanı yeddi yaşlı oğlanın qoçaqlığı filmin əsas süjet xəttini təşkil edir..
Film haqqında
redaktəFilm rejissor Mikayıl Mikayılovun kinoda ilk müstəqil işidir.
2001-ci ildə filmə bəstəkar Salman Qəmbərov tərəfindən musiqi bəstələnmişdir.
Film Azərbaycan kinosu tarixində qəhrəmanı uşaq olan ilk filmdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Mikayıl Mikayılov
- Quruluşçu rejissor: Mikayıl Mikayılov
- Quruluşçu operator: İvan Tartakovski
- Quruluşçu rəssam: Aleksandr S. Qonçarski
- Bəstəkar: Salman Qəmbərov (2001) (titrlərdə yoxdur)
Rollarda
redaktə- Lətif Səfərov — Lətif
- Ələsgər Ələkbərov — kolxoz sədri
- Həqiqət Rzayeva — ögey ana
- Mustafa Mərdanov — Ələsgər
- A. İ. Bəzirganov — Hacı Səməd
- Əjdər Sultanov — Hacı Səmədin oğlu
- Qasım Zeynalov — İbrahim
- Məcid Şamxalov — traktorçu
- Kamil Qubuşov
- İzzət Oruczadə
- Rüstəm Kazımov
Mənbə
redaktə- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.
- Talıbzadə, A. "Kolxoz" //Bizim əsr.- 2001.- 21 iyun.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31–33.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
İstinadlar
redaktə- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.