Lenkeran Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Lənkəran Tarix-diyarşunaslıq muzeyi — 1924-cü ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi rəsmi olaraq fəaliyyətə başlamışdır. 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq muzeyi Mir Əhməd xanın sarayına köçürülür[1]. Bu abidə Lənkəranın ilk çoxmərtəbəli binasıdır.[2]
Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi | |
---|---|
Əsası qoyulub | 1924 |
Açılış tarixi | 1991 |
Yerləşir | Lənkəran şəhəri Ş.Axundov küç. 21 |
Kolleksiyası | 6560 |
Telefon | (025) 255-08-29 |
İş rejimi | 1-7- ci günlər, saat 9:00-17:00 |
Muzeyin eksponatları
redaktəMuzeydəki eksponatlar Lənkəranın zəngin tarixini, mədəniyyətini adət-ənənələrini əks etdirir. Muzeydə 6560 ədəd tarixi eksponat yer almışdır. Muzey xalqımızın qədim tarixini əks etdirən əşyalarla zəngindir. Daş dövrünə aid sümükdən hazırlanmış bıçaqlar, həvəngdəstə, çəkiclər, tunc dövrünə aid silahlar və qadin bəzək əşyalari, VII–XII əsrlərə aid heç vaxt rəngi solmayan boyali saxsi qablar qoç fiqurlu qəbir daşlari, çox maraqlidir. VIII–IX əsrlərə aid memarləq abidəsi — Bəlləbur qalasının tikinti materiallari nümunələri, qaladan tapılmış məişət əşyaları xüsusi maraq doğurur. Ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət əşyalari da orta əsrlərə aiddir. Muzeyin qədim eksponatlarından olan mis manqal XIX əsrə aiddir və evi qızdırmaq üçün istifadə olunurdu. Bu manqal cızma naxışlarla bəzədilib. Şarlı lampalar qizların cehiz olub. Gümüşdən hazırlanmış bəzək əşyalari, kəmər və toqqası, ətirqabılar Lənkəran zərgərlərinin əl işləridir.[3]
Muzeyin ekspozisiyiası
redaktəMuzeyin nümayiş otaqlar 10 çöbədən ibarət olub müxtəlif dövləri əhatə edir.
- Lənkəran toponimi
- Qızılağac və Hirkan qoruğu bölməsi
- İbtidai dövr bölməsi
- Qədim dövr şöbəsi
- Etnoqrafiya şöbəsi
- Daş abidələr bölməsi
- Mədəniyyət şöbəsi
- Xanlıqlar bölməsi
- Arxeologiya şöbəsi
- Elm və təhsil şöbəsi.[4]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Muzeydə yenidən qurma işləri". https://azertag.az. İstifadə tarixi: 27.11.2020.
- "AZƏRBAYCAN RESPUBLİKASI LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ". http://lenkeran-ih.gov.az. İstifadə tarixi: 27.11.2020.
İstinadlar
redaktə- ↑ AzərTAc. ""Qafqaz gözəli"nin sarayı" (az.). Youtube.com. 10.12.2022. 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ "Azərbaycan muzeyləri". https://museum.az. İstifadə tarixi: 27.11.2020.[ölü keçid]
- ↑ "Lənkəran Regional Mədəniyyət İdarəsi". http://lankaran.mctgov.az. 2020-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27.11.2020.
- ↑ "Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyi". http://lankaran.mctgov.az. 2020-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27.11.2020.