Lenkeran Beynelxalq Hava Limani - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Lənkəran Beynəlxalq Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır. Lənkəran aeroportunun yenidən qurulması üzrə işlərin dəyəri 51,1 mln. dollar təşkil edib.[1] Həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır.
Lənkəran Beynəlxalq Hava Limanı | |
---|---|
38°45′31″ şm. e. 48°48′23″ ş. u.HGYO |
|
IATA: LLK – ICAO: UBBL | |
Məlumat | |
Hava limanı tipi | Müştərək bazalı |
Ölkə | Azərbaycan |
Xəritə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1930-cu ildən Lənkəran-Bakı istiqaməti ilə iki qanadlı təyyarə uçuş həyata keçirirdi. İlk vaxtlar aeroport şəhərin qərb hissəsində, Narbağı adlanan ərazidə, Lənkəran Dövlət Universitetinin indiki 1 nömrəli tədris korpusunun olduğu binanın önündə yerləşirdi. 40 hektardan çox ərazidə yerləşən və 1978-ci ildən istifadə edilən indiki Lənkəran aeroportu isə istismara yararsız olduğu üçün 2008-ci ildə yenidən qurulmuşdur. Tikinti işlərini Türkiyənin Zema şirkəti həyata keçirib. Dağ tərəfdən qrunt sularının qarşısını almaq üçün 5271 metr uzunluğunda kanal çəkilmişdir.
Texniki göstəriciləri
redaktəHava limanının uçuş-enmə zolağının uzunluğu 3300 metr, eni 45 metrdir, sahəsi 325 hektardır[2]. Örtüyün materialı isə asfaltdandır.[3] Zolağın istiqamətləri 15/33.
Hava yolları
redaktəBakıdan Lənkərana hava reysləri AN tipli təyyarələrlə həyata keçirilir. 2009-cu il dekabr ayından Moskvaya, 2010-cu il iyul ayından Sankt-Peterburqa, 2012-ci il iyulun 3-dən Yekaterinburqa, 2014-cü ildən İstanbula birbaşa hava reysləri açılmışdır.
Aviaşirkət | Reyslər |
---|---|
AZAL | Bakı — Heydər Əliyev adına Beynəlxalq Hava Limanı; |
Ural hava yolları | Moskva — Domodedovo; Sankt-Peterburq — Pulkovo; Yekaterinburq — Koltsovo |
Utair | Moskva — Vnukovo; Surqut — Surqut |
Ankara hava yolları | Novosibirsk — Tolmaçevo; 7 iyun 2015-ci ildən etibarən. |
Statistika
redaktəSərnişinlər | Əvvəlki ilə nəzərən dəyişiklik | Təyyarə əməliyyatları | Əvvəlki ilə nəzərən dəyişiklik | Karqo (tonla) |
Əvvəlki ilə nəzərən dəyişiklik | |
---|---|---|---|---|---|---|
2013 | 53,435 | - | 556 | - | 10 | - |
2014 | 47,889 | ▼10.38% | 442 | ▼20.50% | 15 | ▲50.00% |
Mənbə: Beynəlxalq Hava Limanları Şurası. Dünya Hava Limanları Trafiki Hesabatları (İl 2013[4] və 2014[5]) |
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Azərbaycanın Lənkəran və Zaqatala aeroportları sentyabrın sonunadək istifadəyə veriləcək – AZAL QSC-nin rəhbəri[ölü keçid]
- ↑ Lənkəran: Ensiklopedik Məlumat Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine II Nəşr
- ↑ "Lənkəran Hava Limanı". 2012-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
- ↑ Airport Council International Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine's 2013 World Airport Traffic Report
- ↑ Airport Council International Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine's 2014 World Airport Traffic Report