Lenberanskiler - Wikipedia
Lənbəranskilər - Haqqında Məlumat
Ləmbəranskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Ləmbəranskilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Kərbəlayı Bayram ağa Ləmbərani |
Mənşəyi | Qarabağ, Lənbəran |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Lənbəran |
Soyun yaranması
redaktəBu soyun ulu babası Bayramdır. Bayram müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Bayramın Qəhrəman, Bayram adlı oğlanları vardı.
Kərbəlayı Bayramın ikinci oglu Bayram 1809-cu ildə Qarabağın Kəbirli mahalının Lənbəran kəndində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Əhməd xan İbrahimxəlil xan oglu Sarıcalı-Cavanşirin rəiyyəti idi. O, rəiyyət təbəqəsindən çıxsa da, varlı-hallı bir adam idi. Xeyli torpağa yiyələnmişdi. Lənbəran kəndi ilə Kəngərli obası arasında "Hacı Bayram yeri" adlı torpağı vardı. O, müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Bayramın Əbdüləziz, Şükür, İsmayıl, Əsəd, Nəsir adlı oğlanları vardı.
Soyun məşhur nümayəndələri
redaktə- İsmayıl bəy Ləmbəranski — 1877-ci ildə Şuşa qəzasının Lənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini kənd məktəbində almışdı. 1902-ci ildə Şuşa real məktəbinə qəbul olmuşdu. Sonra Bakı gimnaziyasında oxumuşdu. Sankt-Peterburq Universitetində ali təhsil almışdı. Bakı neft mədənlərində mühəndis işləmişdi. 1918-ci ilə qədər Azərbaycanda neft sənayesi, kimya, maşınqayırma və digər sahələr üzrə mühəndislərin sayı az idi: Əsədulla Abdullayev, Sultanmahmud Axundov, Ələsgər bəy Bəylərbəyov və başqaları. Onlardan biri də İsmayıl bəy Ləmbəranski idi. İsmayıl bəy Ləmbəranski 1947-ci ildə Bakıda vəfat edib.[1][2]
- Cəmil bəy Ləmbəranski — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, görkəmli travmatoloq və ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı.
- Əliş Ləmbəranski — Azərbaycanın tanınmış dövlət xadimi; SSRİ Dövlət mükafatı laureatı; əməkdar mühəndis.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Ləmbəranskilər, "Soy" elmi-kütləvi dərgi, 2011, № 9, səh.15–21.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- ↑ "Sahibkarlıq və sahibkarlar ([[rus dili]]ndə)". 2016-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-14.
- ↑ "Arxivlənmiş surət". 2016-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.