Lekit Malax - Wikipedia
Ləkit_Malax - Haqqında Məlumat
Ləkit Malax — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Ləkit Malax | |
---|---|
41°28′13″ şm. e. 46°52′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 547 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 109 (2009) nəfər |
Əhalisi
redaktə- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən [[Tiflis quberniyası]]nın və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ləkit Malax kəndində milli tərkibi ləzgilərdən ibarət 15 ailə yaşayırdı.[1] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- 14 may - 17 dekabr [[1886-cı il]]də ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Ləkit kənd cəmiyyəti tərkibinə daxil olan Ləkit Malax kəndində 116 evdə [[sünni]] etiqadlı müsəlman [[avarlar]]dan ibarət 19 evdə 116 nəfər (61 nəfəri kişilər, 55 nəfəri qadınlar) əhali yaşayırdı.[2] Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər.
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik [[saxurlar]]dan ibarət hər iki cinsdən toplam 106 nəfər əhali yaşayırdı.[3]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 39 təsərrüfatda hər iki cinsdən toplam 109 nəfər əhali yaşamaqdadır.[4]
Toponimikası
redaktəLəkit Malax oyk., mür. Qax r-nunun Ləkit i.e.v.-də kənd. Baş Qafqaz dağlannm ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin 20-ci illərində Cənubi Dağıstanın Saxur mahalın¬dan köçüb gəlmiş saxurlann Malax adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ləkit i.e.v.-nin tərkibində olduğuna və Aşağı Malax kəndindən fərqləndirmək məqsədilə kənd belə adlandırılmışdır.[5]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 153
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |