Lutfeli Melik Aslanov - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (az. Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov; 21 yanvar 1913, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 21 oktyabr 1996, Bakı, Azərbaycan Respublikası) — texnika elmləri doktoru, professor, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan SSR neft sənayesi əlaçısı.
Lütfəli Məlik-Aslanov | |
---|---|
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Həyat yoldaşı | Valentina Yermakova |
Uşaqları | Ramiz, Leyla xanım |
Atası | Süleyman bəy |
Anası | Xurşud xanım |
Elmi dərəcəsi | |
Elmi adı | |
Mükafatları |
Həyatı
redaktəLütfəli Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir.
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət xadimi, dayısı Xudadat bəy Məlik-Aslanovun ailəsində böyüyüb.
1938-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Neft-mədən fakültəsini bitirmişdir.
Böyük Vətən Müharibəsi (1941–1945) iştirakçısı.
Fəaliyyəti
redaktə- "Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir.
- 1945-ci ildən — VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur.
- 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış.
- 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir.
- 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik.
- 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Elmi fəaliyyəti
redaktə- Lütfəli Məlik-Aslanov neft yataqlarının işlənilməsi və layların neft veriminin artırılması sahəsində tanınmış alimdir.
- Elmi tədqiqatlar sahəsi: neftin su ilə sıxışdırılması; qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimi məsələlərinin tədqiqi; layın hidravlik dağıdılması; quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə.
- 200-dən artıq elmi məqalənin və 8 monoqrafiyanın müəllifidir. İxtiralara görə 25 müəlliflik şahədətnaməsi alıb.
Mükafatları
redaktəAiləsi
redaktə- Həyat yoldaşı: Valentina Petrovna Yermakova (21.01.1913,Bakı – 17.12.1991,Bakı)
- Övladları: Ramiz (14.03.1942,Bakı), Leyla xanım (10.09.1946,Bakı)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbələr
redaktə- Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
- N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. İkinci Buraxılış. Bakı, "Səda" 2001, səh. 30 ISBN 5-86871-204-4
- E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu", 2001, səh. 168-169 ISBN 9952-25-001-0