Kumkapi - Wikipedia
Kumkapı - Haqqında Məlumat
Kumkapı (türk. Kumkapı) — İstanbulun Fateh ilçəsində yerləşən səmt. Mərmərə dənizinin şimal sahilini əhatə edir. Şərqində Kadırqa, şimalında Gedikpaşa, cənubunda Yenikapı Kumkapı şəhərin ermənilərin sıx məskunlaşdığı bölgəsidir. Burada erməni məktəbləri və kilsələri yerləşir. İstanbul Erməni Patriarxlığı Kumkapıdadır. Məhəllə balıq restoranları və meyxanaları ilə məşhurdur. Buna görə bir çox turistin diqqətini cəlb edir.
Kumkapı | |
---|---|
41°00′15″ şm. e. 28°57′52″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəBizans dövründə səmt yunan dilində Kontoskalion adı ilə çağırılırdı.
Nəqliyyat
redaktəƏvvəllər Sirkəci-Halqalı metro xəttinin bir stansiyası Kumkapıda yerləşirdi. 2013-cü ildə Marmaray xəttinin açılışından sonra stansiya bağlanmışdır. Kumkapının dənizə çıxışı da var.