Ksenon - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | ksenon, Xe, 54 | |||||
Qrup, Dövr, Blok | 18, 5, p | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 131.293(6) q/mol | |||||
Elektron formulu | [Kr] 5s2 4d10 5p6 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | -111.7 °C (161.4 K, -169.1 °F) | |||||
Qaynama temperaturu | -108.12 °C (165.03 K, -162.62 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Ksenon (Xe) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 54-cü element. Ksenon havanın daimi komponentləri arasında ən nadiridir. Həmin qrupun elementi olan arqonun hər 100000 atomuna bir ksenon atomu düşür. Amma Yer atmosferi o qədər böyükdür ki, onun tərkibində 2 milyard ton ksenon var. Ksenonun 9 stabil nuklidləri var. Yalnız qalayın nuklidləri bir ədəd çox olub 10-dur. Uran minerallarında ksenonun 133Xe və 135Xe əlavə nuklidləri var. Havadan ksenonun alınması böyük əmək və enerji məsrəfi ilə əlaqədardır. O, yalnız qızıldan 2.5 dəfə ucuz və 25 dəfə gümüşdən baha başa gəlir. Ksenon 1898-ci ildə ingilis kimyaçılar, Vilyam Ramzay və Moris Travers tərəfindən kəşf olunmuşdur və kəşf olunduqdan keçən birinci 64 ildə onu təsirsiz qaz hesab etmişlər (VIIIA qrupun dörd daha yüngül elementlərinə oxşar olaraq). Keçən əsrin 60-cı illərinin əvvəllərində amerika kimyaçısı P.D.Bartled ona diqqət yetirdi ki, ksenon atomunun ionlaşma enerjisi elədir ki, güclü oksidləşdirici ondan elektron qopara bilər. Bu ideya təsdiq olundu; alimlər ksenonun (I) birinci kimyəvi birləşməsini ala bildilər:
Xe + PtF6 = Xe[PtF6]
Sonrakı tədqiqatlar ksenonun onlarca birləşməsini almağa imkan verdi (flüoridləri, oksidləri, turşuları və onların duzları).
Alimlər ksenonun ağrı kəsici və ümumi narkoz üçün istifadə üsulunu işləyib hazırlamışlar.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |